ABŞ
ABŞ-da böhran: Konqresdəki qarşıdurma yüz minlərlə insanı işsiz qoydu
Konqresdə maliyyələşmə ilə bağlı razılaşma əldə edilmədiyi üçün ABŞ-da federal hökumətin fəaliyyətinin dayandırılması (şatdaun) gündəmdədir.
Publika.az xəbər verir ki, Konqres maliyyələşdirmə qanunvericiliyini qəbul edə bilməsə, federal qurumlar qanuni olaraq fəaliyyətlərini dayandırmalıdırlar. Qanuna görə “işdən azad olmayan” kimi təsnif edilən işçilər ödənişsiz məzuniyyətə göndərilir, digər işçilər isə iş bitənə qədər ödənişsiz işləməyə davam edirlər.
Konqres qərar verənə qədər bir çox federal xidmətlər, eləcə də bəzi qurumlar vacib olmayan funksiyaları müvəqqəti olaraq dayandıracaq.
“Şatdaun” vəziyyətinin yaranması Nümayəndələr Palatasında demokratlarla respublikaçılar arasındakı qarşıdurmanın nəticəsidir. İndiyə qədər belə təcrübə yaşansa da, partiya liderləri maliyyələşmənin pozulmaması üçün son dəqiqədə kompromis tapmağa nail olurdular, lakin bu dəfə anlaşma olmadı.
“Şatdaun”un nə qədər davam edəcəyi müəmmalıdır. 2018-ci ildə Trampın ilk prezidentlik dövründə bu, 34 gün çəkdi. Həmin vaxt federal hökumətin 2,1 milyon işçisindən təxminən 800 mini 34 gün ərzində əmək haqqından məhrum oldu. Bu dəfə prosesin daha uzun çəkə biləcəyi ehtimalları da var, çünki demokratlarla respublikaçılar arasındakı qarşıdurma daha kəskin xarakter daşıyır.
Lakin işçilər üçün hər şey müvəqqəti olmaya da bilər. Ağ Evin İdarəetmə və Büdcə Ofisinin (OMB) ötən həftə yayımladığı açıqlamada qeyd olunurdu ki, işçilərin təkcə müvəqqəti yox, daimi işdən çıxarılmasına hazırlıq aparılmalıdır.
Asif
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO

































.jpg)

.jpg)