Mbappenin son durumu açıqlandı: Azərbaycana qarşı oynayacaq?
Bizi izləyin

İdman

Mbappenin son durumu açıqlandı: Azərbaycana qarşı oynayacaq?

Fransa millisinin və "Real"ın hücumçusu Kilian Mbappenin “Vilyarreal”la (3:1) oyunda sağ topuğundan aldığı zədə sağalmağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Mənbənin sözlərinə görə, 26 yaşlı futbolçu millinin tibb heyəti və Madrid klubunun həkimlərinin birgə nəzarəti altında müalicə olunur. Mbappe Fransa millisinin ilk ümumi məşqini buraxıb və idman zalında fizioterapiya ilə yanaşı, yüngül fiziki məşqlərlə kifayətlənib.

Onun Azərbaycanla görüşdə iştirak ehtimalı o qədər də yüksək deyil. Lakin İslandiya ilə görüşdə meydana çıxa bilər.

Qeyd edək ki, Mbappenin kapitanı olduğu Fransa yığması oktyabrın 10-da 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq, 3 gün sonra isə İslandiya ilə üz-üzə gələcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm