İdman
Azərbaycanla oyun ərəfəsində futbolçusu ilə bağlı sirr açıldı: PSJ qəzəbləndi

PSJ ilə Fransa Futbol Federasiyası (FFF) arasında gərginlik yaşanır.
Publika.az xəbər verir ki, Paris klubu milli komandanın mətbuat xidməti tərəfindən komandanın yarımmüdafiəçisi Bredli Barkolanın xroniki dizaltı əzələ zədəsi barədə yayımlanan məlumata qəzəblənib. Fransa çempionunun sosial şəbəkə hesabında məsələ ilə bağlı açıqlama dərc olunub:
"PSJ Fransa Futbol Federasiyasının Barkolanın sağlamlığı ilə bağlı yaydığı press-relizdən təəccüblənib. Mətbuat xidmətinin paylaşdığı məlumat nə reallığa, nə də PSJ həkimlərinin rəyinə uyğun gəlir. Toplanışdan əvvəl biz Fransa millisinin heyətinə göndərdiyimiz tibbi hesabatda Barkolanın heç bir xroniki zədəsinin olmadığını bildirmişdik. Həmçinin bütün tərəflərin xeyrinə olaraq tibbi məxfilik prinsipinə əməl edilməsində israr edirik".
FFF Bredli Barkolanın zədə səbəbindən yığmanın düşərgəsinsini tərk etdiyini açıqlayıb.
Xatırladaq ki, Fransa milli komandası bu ay iki oyun keçirəcək. "Xoruzlar" oktyabrın 10-da evdə Azərbaycanla, 3 gün sonra səfərdə İslandiya ilə qarşılaşacaq.
Heybət
-
Rəsmi xronika15:48
Qəbələdə Zirvə Görüşü: İlham Əliyev tədbirdə çıxış etdi - YENİLƏNDİ
-
İdman15:40
Ən gözəl seçki: Bu iki xanım prezident olmaq istəyir - FOTOLAR
-
Rəsmi xronika15:31
TDT-nin Qəbələ Bəyannaməsi qəbul edildi
-
İdman14:32
Azərbaycan millisinin sabiq üzvündən erməniyə: Bu eybəcərliyi Qafqazın hansı ölkəsində öyrənibsən?
-
Sosial14:02
Pensiyalarla bağlı yeni qaydalar təsdiq edildi - Nə olacaq?
-
İdman13:50
Bekhemin dəbdəbəli kolleksiyası: Birinin qiyməti 1 milyon dollardan çoxdur - FOTOLAR
-
Region13:23
Köçəryan Paşinyanı hədələdi: Bunu etsən, inqilab olacaq
-
Rəsmi xronika12:25
İlham Əliyev Berdiməhəmmədov ilə görüşdü - FOTO