Bellinqem qərarını verdi: Gedir...
Bizi izləyin

İdman

Bellinqem qərarını verdi: Gedir...

Dortmund "Borussiya"sının və İngiltərə millisinin mərkəz yarımmüdafiəçisi Cob Bellinqem bu qış Almaniya klubunu tərk edə bilər.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Saşa Tavoleri məlumat verib.

İngilis futbolçu və onun nümayəndələri futbolçunun Almaniyadakı durumundan narazıdırlar. Bellinqem baş məşqçi Niko Kovaçın etibarından məhrum olduğuna inanır və onun düşüncələrindən məyusdur.

Qeyd edək ki, yarımmüdafiəçi yalnız bu yay "arılar"a 30 milyon avroya "Sanderlend"dən transfer edilib. Cob "Borussiya"nın heyətində 13 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm