İdman
"Qalatasaray"ın ulduzu məşhur festivalda dava salıb

"Qalatasaray"ın və Almaniya millisinin cinah oyunçusu Leroy Sane Almaniyanın məşhur pivə festivalı olan "Oktoberfest"də əlbəyaxa dava edib.
Publika.az xəbər verir ki, bu barədə 29 yaşlı futbolçunun özü məlumat verib.
O, dostu ilə festivalda olarkən sabiq klubu “Bayern”in azarkeşləri ilə qarşılaşıb. Fanatlar Münhen klubundan ayrıldığına görə onu qınamağa və təhqir etməyə başlayıb. Nəticədə tərəflər arasında mübahisə davaya çevrilib.
"Festival çadırında uzun müddət təxribata məruz qaldım, alçaldıldım. "Qalatasaray” da təhqir olundu. Gərgin atmosferdə məni itələdilər, sonra qısamüddətli dava düşdü. Əlbəttə, mən daha sakit olmalı və vəziyyətə məhəl qoymamalıydım. Bundan dərs aldım", - deyə Sane "Blid"ə açıqlamasında bildirib.
Qeyd edək ki, Leroy Sane yay transfer pəncərəsində "Bayern"i azad agent statusu ilə tərk edərək "Qalatasaray"a keçib.
Heybət
-
İdman13:50
Bekhemin dəbdəbəli kolleksiyası: Birinin qiyməti 1 milyon dollardan çoxdur - FOTOLAR
-
Rəsmi xronika13:48
Qəbələdə Zirvə Görüşü: İlham Əliyev tədbirdə çıxış etdi - YENİLƏNDİ
-
Region13:23
Köçəryan Paşinyanı hədələdi: Bunu etsən, inqilab olacaq
-
Rəsmi xronika12:25
İlham Əliyev Berdiməhəmmədov ilə görüşdü - FOTO
-
Sosial12:02
AZAL-ın idarə rəisi vəfat etdi
-
Hadisə11:24
Sərxoş kişini sancan gürzə dərhal öldü: Arvadının qarşısına elə fakt qoydu ki...
-
Hadisə11:12
DYP Şabranda baş verən ağır qəzanın görüntülərini yaydı - VİDEO
-
MDB10:18
Rusiya Kiyev ətrafına terrorçu partizanlar göndərdi: Dəmir yolunu partladıblar