ABŞ-də hərbi zavodda partlayış: 19 nəfər həlak oldu?
Bizi izləyin

ABŞ

ABŞ-də hərbi zavodda partlayış: 19 nəfər həlak oldu?

ABŞ-nin Tennessi ştatında partlayıcı qurğuların saxlandığı binada partlayış nəticəsində 19 nəfər həyatını itirib və ya itkin düşüb.

Publika.az xəbər verir ki, Hamfri vilayətinin şerifi Kris Deyvis ölənlərin dəqiq sayını açıqlamayıb, ancaq itkin düşənlərlə birgə bu rəqəmin 19 olduğunu deyib. O, daha 3 nəfərin yüngül xəsarət aldığını qeyd edib.

Partlayışın yaxınlıqdakı evlərə zərər yetirdiyi və silsilə partlamalara səbəb olduğu bildirilir.

***

ABŞ-nin Tennessi ştatında hərbi zavodda partlayış baş verib.

Publika.az xəbər verir ki, partlayış Neşvildən təxminən 60 mil cənub-qərbdə, Baksnort şəhəri yaxınlığındakı "Accurate Energetic Systems" partlayıcı maddələrinin istehsalı zavodunda baş verib.

Hamfris dairəsinin şerifi Kris Devis "Accurate Energetic Systems"də baş verən partlayışı "çox dağıdıcı" adlandırıb. Bildirilib ki, partlayış "bütün binanı əhatə edib".

İlkin məlumata görə, ən azı 13 nəfər itkin düşüb. Hamfris dairəsinin şerifi Kris Devis jurnalistlərə dəqiq rəqəmlər verməsə də, partlayışda ölənlərin və itkin düşənlərin olduğunu təsdiqləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm