İdman
Avropadan DÇ-2026-ya ilk vəsiqələr onların olacaq?
Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti görüşlər keçiriləcək.
Publika.az xəbər verir ki, bu gün daha 4 qrupda 8 qarşılaşma baş tutacaq.
Azərbaycanlı futbol sevərlərin diqqəti D qrupunda olacaq. Millimiz Polşada Ukraynanın qonağı olacaq. Digər matçda Fransa səfərdə İslandiya ilə üz-üzə gələcək. "Xoruzlar" qələbə qazansa, DÇ-2026-ya vəsiqəni təmin edəcək.
A qrupunda 6 xala malik 3 komanda liderlik uğrunda mübarizə aparacaq. Bunlardan ikisi - Şimali İrlandiya və Almaniya birincilərin meydanında üz-üzə gələcək. Slovakiya isə Lüksemburqun qonağı olacaq.
B qrupunda isə İsveçrə Avropadan mundiala ilk vəsiqənin sahiblərindən biri ola bilər. Bunun üçün "qırmızı-ağlar" Sloveniyaya qalib gəlməli və Kosovonun İsveçrə səfərində büdrəməsini gözləməlidir.
J qrupunda isə Şimali Makedoniya "nağıl"ı davam edir. Qrup lideri olan "qırmızı-sarılar" mundiala vəsiqə şanslarını qorumaq üçün evdə Qazaxıstanı üstələməlidirlər. Makedoniyalarla DÇ-2026-ya yollanmaq uğrunda yarışan digər iki komanda - Uels və Belçika birincilərin meydanında münasibətlərinə aydınlıq gətirəcəklər.
Bütün qarşılaşmalar saat 22:45-də başlayacaq.
DÇ-2026, Avropa zonası
13 oktyabr
A qrupu
22:45 Şimali İrlanadiya - Almaniya
22:45 Slovakya - Lüksemburq
Xal durumu: Almaniya 6, Şimali İrlandiya 6, Slovakiya 6, Lüksemburq 0.
B qrupu
22:45 Sloveniya - İsveçrə
22:45 İsveç - Kosovo
Xal durumu: İsveçrə 9, Kosovo 4, Sloveniya 2, İsveç 1.
D qrupu
22:45 Ukrayna - Azərbaycan
22:45 İslandiya - Fransa
Xal durumu: Fransa 9, Ukrayna 4, İslandiya 3, Azərbaycan 1.
J qrupu
22:45 Şimali Makedoniya - Qazaxıstan
22:45 Uels - Belçika
Xal durumu: Şimali Makedoniya 12(6 oyun), Belçika 11(5), Uels, 10(5), Qazaxıstan 6(6), Lixtenişteyn 0(6).
Heybət
-
Hadisə11:34Biləsuvarda ölən 5 nəfərin adı məlum oldu - YENİLƏNİB
-
Səhiyyə11:24Alimlər siqaretlə bağlı məşhur mifi puç etdilər
-
ABŞ10:52Trampdan sonra prezident o olacaq - Hazırlıqlar gedir
-
Tarix10:11Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkarlandı - VİDEO
-
MDB10:00Avtovağzalda dəhşət: Bıçaqla insanlara hücum etdi
-
Digər09:30Daşqın və sürüşmə 900 can aldı
-
İdman08:36Messi karyerasında 48-ci kubokunu qazandı
-
ABŞ08:12Pentaqondan NÜVƏ XƏBƏRDARLIĞI - “Trampın rəhbərliyi altında...”































.jpg)



