İdman
“Real”ın ulduzu məhkəmə qarşısına çıxarılır: Görün nə edib
Braziliya millisinin və “Real Madrid”in hücumçusu Vinisius Junior ad gününü qeyd etmək üçün Rio-de-Janeyroda təşkil etdiyi böyük şənlik zamanı sakitliyi pozmaqda ittiham olunaraq Braziliya məhkəməsinə çıxarılacaq.
Publika.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, məhkəməyə xırda cinayətlərin törədilməsinə baxılması tapşırılıb. İttihamlar Braziliya millisinin hücumçusunun 25 yaşını qeyd etdiyi mülkün qonşusunun şikayətindən irəli gəlir.
“Daily O Globo”nun istinad etdiyi iddiaya görə, toy və ya korporativ tədbirlər kimi böyük tədbirlərə ev sahibliyi etmək üçün nəzərdə tutulmuş dəbdəbəli malikanədə baş tutan şənlik xeyli səs-küyə səbəb olub və yerli sakinlərin dincliyini pozub.
Şikayətçi polisə zəng vurduğunu, polis gəldikdən sonra məclisdə olanlardan səsi azaltmağı xahiş etdiyini bildirib. Vinisius və qonaqları polisə tabe olublar, lakin onlar getdikdən sonra yenidən səs-küy salmağa başlayıblar.
Bu iş üzrə hazırlıq iclası noyabrın 6-da keçiriləcək. Braziliya qanunlarına görə, vətəndaşların dincliyini pozmaq 15 gündən üç aya qədər həbs və ya cərimə ilə cəzalandırılır.
-
Qoroskop00:55Günün ulduz falı: romantik və emosional anlar yaşanacaq
-
Hadisə7 Dekabr 23:35Ağ Şəhərdə dənizdə batan şəxs belə xilas edildi - VİDEO
-
Sağlamlıq7 Dekabr 21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər7 Dekabr 21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az7 Dekabr 20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Magazin27 Dekabr 19:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Ekologiya7 Dekabr 17:40Meteohəssas insanların nəzərinə!
-
İdman7 Dekabr 16:42Messi tarixi uğurdan danışdı































.jpg)




