Dünya
İsrailli generaldan YENİ MÜHARİBƏ ANONSU: Türkiyə ilə qarşı-qarşıyayıq
İsrailin təqaüddə olan generalı Gershon Hacohen “Kanal 7” telekanalına müsahibəsində Yaxın Şərqdə yeni təhlükəsizlik anlayışını “Qüds müharibəsi” kimi xarakterizə edərək Türkiyəyə yönəlik təəccüblü xəbərdarlıqlar edib.
Publika.az xəbər verir ki, general Qəzzada atəşkəsə baxmayaraq yeni müharibənin başladığını və bunun regional xarakter daşıdığını bildirib.
"Yeni müharibəyə, Qüds döyüşünə doğru gedirik. Türkiyə ilə qarşı-qarşıyayıq. Türkiyə üçün Dəməşq əslində Qüdsə gedən bir pillədir", - o vurğulayıb.
Hacohenin sözlərinə görə, Ankaranın Yaxın Şərqdəki təsiri İsrailin təhlükəsizlik hesablamalarını əhəmiyyətli dərəcədə dəyişib. O, Qüdsün bölgədəki yeni geosiyasi tənliyin mərkəzində olduğunu və Türkiyənin bu prosesdə aparıcı rol oynadığını bildirib.

İsrailli general Fələstin dövlətinin yaradılması ilə bağlı beynəlxalq təşəbbüslərin İsrail üçün strateji risk yaratdığını iddia edib.
Hacohen vurğulayıb ki, Ankaranın artan geosiyasi gücünü nəzərə alaraq, İsrail Şərqi Aralıq dənizi və regional dəniz təhlükəsizliyi strategiyalarını yenidən nəzərdən keçirməlidir.
"Türkiyənin strateji addımları İsrail tərəfindən davamlı müşahidə və təhlil tələb edir. Müharibənin tərifi aydındırsa, hazırlıqlar asanlaşır, qeyri-müəyyəndirsə, qavrayış və müdaxilə çətinləşir", - deyə o qeyd edib.
Roza
-
Sosial11:22Reyddə 850 minlik maşınla saxlanılan sürücü kimin oğludur? - VİDEO
-
Nida Xəbər 10:47Azərbaycan XİN Omanı və Latviyanı təbrik etdi
-
Nida Xəbər 10:20Ziya Məmmədovun kadrına yüksək vəzifə verildi - FOTO
-
MDB09:18Bu türk dövlətindən acı xəbər gəldi: 9-u uşaq olmaqla 12 nəfər həlak olub
-
MDB09:12Rusiyada qaz kəmərində güclü partlayış: Təfərrüat açıqlandı
-
Magazin108:10Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
-
Sosial07:55Horovlu kəndinə növbəti köç karvanı yola salındı
-
Ekologiya07:15Böyükşor gölü ətrafında havada nə problem var? - Nazirlik vəziyyəti araşdıracaq





































