Məşhur insayder Messinin gələcəyi barədə son məlumatı paylaşdı
Bizi izləyin

İdman

Məşhur insayder Messinin gələcəyi barədə son məlumatı paylaşdı

Məşhur insayder Fabritsio Romano MLS-də “İnter Mayami”nin formasını geyinən argentinalı futbolçu Lionel Messinin gələcək planları barədə məlumat paylaşıb.

Publika.az xəbər verir ki, Romano sosial şəbəkədə yazıb ki, yeni müqavilə ilə bağlı danışıqlar çox irəliləyib. Gözlənilir ki, Messi komandada qalacaq və yeni sözləşməyə imza atacaq. Hazırda yalnız son detallar dəqiqləşdirilir.

Qeyd edək ki, “İnter Mayami” MLS-in müntəzəm mövsümünün son oyununda “Neşvill” üzərində 5:2 hesablı qələbə qazanıb. Messi bu görüşdə het-trik edib. Komanda indi pley-off mərhələsində çıxış edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm