İdman
Yığmanın ulduzu həyat uğrunda mübarizə aparır

İranın voleybol millisinin ulduzu Saber Kazemi tibbi səbəblərdən komaya düşüb.
Publika.az xəbər verir ki, o, təmsil etdiyi “Ər-Rayyan” klubunda hovuza girərkən elektrik cərəyanı vurub.
Bu barədə “Przegladsportowy.onet.pl” məlumat yayıb.
Voleybolçu dərhal huşunu itirib və tibb müəssisəsinə aparılıb, həkimlər ona ciddi nevroloji zədələr diaqnozu qoyublar.
O, həmin vaxtdan reanimasiyadadır və vəziyyəti ağır, lakin stabil olaraq qiymətləndirilir. Ürəyi, ağciyəri və qaraciyəri normaldır, lakin beyninin zədələnməsi intensiv müalicə tələb edir. Həkimlər qrupu onun vəziyyətini stabilləşdirmək üçün çalışır ki, o, tədricən sağalsın.
Maraqlıdır ki, əvvəlki hesabatlar tamamilə fərqli idi. Onlar Kazeminin “Əl-Rayyan”da məşqi zamanı qəfil yıxıldığını və beynində ciddi zədə aldığını bildiriblər. O, əvvəllər davamlı baş ağrılarından şikayət etmişdi.
27 yaşlı voleybolçu İran voleybolunun ən böyük ümidlərindən biri hesab olunur. O, Olimpiya Oyunlarında və Asiya çempionatında çıxış edib.
İran millisi ilə 2021-ci ildə Asiya çempionatının qalibi olub. Saber həmin turnirin MVP-si seçilib.
-
MDB17:34
Teleaparıcının evinə 1,7 milyonluq kommunal borc gəldi
-
Region13:49
Müxalif din xadimi güllələndi - VİDEO
-
MDB13:38
Şok iddia: Bu ölkədə onlarla rusu qula çevirirlər
-
Maraq dünyası13:06
Bu telefon nömrəsi 2,75 milyona satıldı
-
MDB12:08
“Öpüş” gecəsində "Qrafit" klubunda qalmaqallı reyd keçirildi
-
Magazin211:37
58 yaşlı aktrisa vanna otağından elə foto paylaşdı ki...
-
ABŞ10:54
Tramp etirazçıların üzərinə palçıq tökdü - VİDEO
-
İdman08:48
Bu söz-söhbət onu əsəbiləşdirir