Avropa
Zelenski Avropa liderləri ilə görüşəcək
Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə Avropa liderləri ilə görüşəcək.
Publika.az xəbər verir ki, bu barədə Strana.ua məlumat yayıb.
İclasın əsas mövzusu Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısı (PURL) proqramının maliyyələşdirilməsi olacaq.
Oktyabrın 16-da Ukraynanın müdafiə naziri Denis Şmıxal bildirib ki, Kiyevin müttəfiqlərinin Brüsseldə danışıqlar zamanı təmin etdikləri PURL Amerika silahlarının tədarükü proqramı üzrə öhdəlikləri 422 milyon dollar təşkil edib.
Onun sözlərinə görə, Ukrayna tərəfi bir neçə ölkədən, o cümlədən İsveç (8 milyard dollar), Çexiya (72 milyon dollar), Kanada (20 milyon dollar), Portuqaliya (12 milyon dollar), həmçinin Finlandiya da daxil olmaqla, ikitərəfli hərbi yardım göstərməklə bağlı vədlər alıb.
O, əlavə edib ki, Norveç, Hollandiya, Kanada və İslandiya Kiyevi müdafiə-sənaye sektoruna 715 milyon dollardan çox investisiyalar məsələsində dəstəkləyib.
Hüseyn İbadlı
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO
-
Magazin206:16Qızı ilə çimərlik geyimində poza verdi - FOTOLAR





















.jpg)







.jpg)










