Modriç "Real"ın futbolçusunu "Milan"a gətirəcək?
Bizi izləyin

İdman

Modriç "Real"ın futbolçusunu "Milan"a gətirəcək?

"Milan" "Real"ın hücumçusu Qonsalo Qarsiyaya marağını davam etdirir.

Publika.az xəbər verir ki, 21 yaşlı futbolçu müntəzəm oyun praktikasının azlığı səbəbindən qış transfer pəncərəsində Madrid klubunu tərk edə bilər.

"Milanlive"-ın məlumatına görə, "Milan" rəhbərliyi hesab edir ki, Luka Modriçin dəstəyi Qarsiyanı keçidə razı sala bilər. 40 yaşlı xorvat yarımmüdafiəçi istedadlı ispaniyalı ilə "Real"da birgə çıxış edib.

"Transfermarkt" portalı Qonsalo Qarsiyanın dəyərini 15 milyon avro olaraq qiymətləndirir. Onun "Real"la müqaviləsi 2030-cu ilin ortalarına qədər qüvvədədir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm