İdman
Juninyonun komandası nüfuzlu turnirin finalına çıxdı
Bu gecə Amerikanın əsas klub turniri olan Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyunu keçirilib.
Publika.az xəbər verir ki, Argentina “Rasinq”i ilə Braziliya “Flamenqo”su üz-üzə gəlib. Oyun 0:0 hesabı ilə başa çatıb və bu nəticə “Flamenqo”ya finala yüksəlməyə imkan verib (ilk oyun – 1:0).
Oyunun 56-cı dəqiqəsində qonaqlar azlıqda qalıb. Hücumçu Qonsalo Plata birbaşa qırmızı vərəqə alıb. Buna baxmayaraq, meydan sahibləri cavab oyununda önə keçə və iki oyunun ümumi hesabında bərabərliyi təmin edə bilməyiblər.
“Qarabağ”ın sabiq futbolçusu Juninyo Olavionun adı “Flamenqo”nun görüş üçün işitrak ərizəsində olub. Lakin 28 yaşlı futbolçu bütün görüşü ehtiyat oyunçular skamyasından izləyib.
Libertadores Kubokunun finalında “Flamenqo” Ekvadorun “LDU Kito” və Braziliyanın “Palmeyras” klubları arasında keçirilən cütün qalibi ilə qarşılaşacaq. İlk oyun “LDU Kito”nun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Heybət
-
Sosial17:13Əli Əsədov qərar imzaladı
-
Hadisə16:04"Land Rover" parklanmış 3 maşını aşırdı
-
Rəsmi xronika15:15Bu rayonun icra başçısı vəzifəsindən azad edildi
-
Sosial14:38Qabil, Tural, Məhəmməd Bakıya gətirilir
-
Sosial14:11Gültəkin Hacıbəyli ölkədən qaçıb
-
Dünya13:50Proses başladı: Milyonlarla insan işsiz qalacaq!
-
Sosial13:14DTX icra başçısını buna görə saxlayıb - Sensasion detallar
-
İdman12:46Yamalın Şakiranın evini almasının əsl səbəbi: Nədən qorxub? - FOTOLAR






























.jpg)




