AFFA "Kəpəz" və "Neftçi"ni cərimələdi
Bizi izləyin

İdman

AFFA "Kəpəz" və "Neftçi"ni cərimələdi

AFFA "Kəpəz" və "Neftçi"ni cərimələyib.

Publika.az xəbər verir ki, bununla bağlı qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Buna 9-cu turda "İmişli" ilə matçda yaşananlar səbəb olub. Oyunun 25-ci dəqiqəsində "Kəpəz"in qapıçısı Məmməd Hüseynov xəsarətlə nəticələnən ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq diskvalifikasiya edilib. Onun klubu 1000 manat cərimələnib.

38-ci dəqiqədə azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə isə Gəncə klubu daha 6000 manat ziyana düşüb. Həmçinin azarkeşlər 68-ci dəqiqədə pirotexniki vasitədən istifadə etdiyinə görə klub daha 3000 manat cərimə olunub.

"Neftçi" də eyni səbəbdən ziyana düşüb. "Qəbələ" ilə görüş bitdikdən sonra azarkeşlər pirotexniki vasitədən istifadə etdiyinə görə paytaxt klubu 3000 manat cərimələnib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm