İdman
Yamal əməliyyatdan niyə imtina edir? - Ağrıdan əziyyət çəksə də...
 
                                    
                                    
                                    
                                "Barselona" və İspaniya yığmasının ulduz cinah oyunçusu Lamin Yamal qasıq nahiyəsindəki zədəsini əməliyyatla aradan qaldırmaq istəmir.
Publika.az xəbər verir ki, bu barədə İspaniyanın "Sport2" nəşri məlumat yayıb.
Yamal pubalgiya (idmançılarda əzələlərin yüklənməsi və ya zədələnməsi nəticəsində yaranan xroniki qasıq və çanaq ağrısı) problemindən əziyyət çəkir. Bu, onun meydandakı sürətini məhdudlaşdırır.
18 yaşlı futbolçu komandaya kömək etmək və uzun müddət yaşıl meydanlardan uzaq qalmamaq üçün cərrahi müdaxilə variantını rədd edib. O, konservativ müalicə planına əməl edəcək və vəziyyəti yaxın həftələrdə dəyərləndiriləcək.
Bildirilir ki, ağrılar davam etdiyi təqdirdə əməliyyat variantı gündəmə gələ bilər, lakin hazırda belə bir plan yoxdur.
Xatırladaq ki, Lamin Yamal La Liqanın “Sevilya” ilə (1:4) oyununu qasıq nahiyəsindəki problemə görə buraxmış, həmçinin 2026-cı il dünya çempionatının seçmə mərhələsində çıxış edən İspaniya yığmasının toplanışına da qatılmamışdı. Daha sonra o, “Jirona” ilə (2:1) matçda meydana qayıdaraq məhsuldar ötürmə ilə yadda qalıb və “Real”la (1:2) "El-Klasiko"da da iştirak edib.
Heybət
- 
                     ABŞ21:59 ABŞ21:59Pentaqon təsdiqlədi - Ukraynaya "Tomahawk" raketləri göndəriləcək 
- 
                     Magazin219:35 Magazin219:35Türkiyəli məşhur müğənni infarkt keçirdi 
- 
                     Kriminal19:03 Kriminal19:03Sabiq icra başçısı həbs olundu - Bu cinayətlərdə ittiham olunur 
- 
                     Sosial18:53 Sosial18:53Vüqar Məmmədov həbs edildi 
- 
                     Nida Xəbər 17:45 Nida Xəbər 17:45Zakir Həsənova medal verildi 
- 
                     Sosial17:00 Sosial17:00Noyabrda yağıntıların miqdarı normadan çox olacaq - AYLIQ PROQNOZ 
- 
                    .jpg) Səhiyyə16:28 Səhiyyə16:28Azərbaycanda meyit donorun ürəyi transplantasiya edildi 
- 
                     Maraq dünyası15:56 Maraq dünyası15:56Sevgi qapılarınızı döyür - Noyabrda eşqi tapacaq 4 BÜRC 






 
        
    .webp)
























.jpg)





.jpg)