Əfsanəvi cütlüyün super gizli həyatı: Görün necə yaşayırlar - FOTOLAR
Bizi izləyin

İdman

Əfsanəvi cütlüyün super gizli həyatı: Görün necə yaşayırlar - FOTOLAR

Amerikalı tennis əfsanəsi Andre Aqqasi həyat yoldaşı Şteffi Qrafla evliliklərinin 24-cü ildönümünü qeyd edib. Lakin cütlüyün tennis dünyasında yaşadığı hekayə o qədər dərin və emosionaldır ki, bu tarix əslində 33 illik sevgi yoluna bərabərdir.

Aqqasi ilk dəfə Qrafı Fransız televiziyasındakı müsahibəsində görüb. Həmin vaxt Şteffi karyerasının zirvəsində idi, 1988-ci ildə “Qızıl şlem” qazanmışdı. Aqqasi isə hələ ilk böyük titulunun axtarışında idi. Onların yolları yalnız Qraf karyerasını bitirməyə yaxın olanda kəsişdi və cütlük bir müddət sonra münasibət quraraq 2001-ci ildə evləndi. Toyları sadə şəkildə baş tutdu. Mərasimdə yalnız anaları iştirak edib, onlar cins şalvar geyinmişdilər və ayaqyalın idilər. Hətta mərasim zamanı bağbanların səsi təbii fon kimi eşidilib. İki gün sonra isə onların oğlu Ceyden dünyaya gəlib.

O vaxtdan ailə mətbuatdan uzaq, sakit həyat tərzi sürür. Aqqasi və Qraf yalnız xeyriyyə tədbirlərində və ya xüsusi televiziya layihələrində görünürlər.

Hər ikisi erkən yaşda tennis ilə məşğul olmağa başlayıb. Buna görə uşaqlarına idmanı məcburi seçim kimi təqdim etməyiblər. 24 yaşlı oğlu Ceyden beysbol karyerası qurub və hazırda “Mahoning Valley Scrappers” komandasında çıxış edir. 22 yaşlı qızları Caz isə fitnes, rəqs və piklbol ilə maraqlanır, eyni zamanda tennisə sevgisini qoruyur.

Ceyden 2024-cü ildə demişdi: “Aqqasi soyadı tennislə bağlıdır, amma mən onu beysbol ailəsinə çevirmək istəyirəm”.

Andre Aqqasi doğulduğu Las Veqası tərk etməyib. Ailə Nevadada, sakit və paparassilərin uzaq durduğu “Summerlin” adlı elit ərazidə yaşayır. Onların qonşuları arasında Selin Dion və Karlos Santana kimi məşhurlar var.

Aqqasinin fondu aztəminatlı ailələrdən olan uşaqlara təhsil imkanı yaradır. Şteffi Qraf isə “Children for Tomorrow” fondu vasitəsilə müharibə və zorakılıq qurbanı olan uşaqlara dəstək verir.

Son illər cütlük piklbola böyük maraq göstərir, bu idman növünə sərmayə yatırır və öz avadanlıq brendini yaradıb. Onlar “Pickleball Slam” kimi turnirlərdə də iştirak edirlər. Aqqasi həm də “Laver Cup” yarışında dünya komandasına rəhbərlik edir.

Bundan əlavə, o, 2025-ci ildə “Roland Garros” zamanı "TNT Sports" üçün şərhçi kimi çıxış edib və “Amazon MGM Studios” üçün gənc tennisçilər haqqında “Rally” adlı serial üzərində işləyir.

Aqqasinin idman dünyasına dönüşü azarkeşlər tərəfindən böyük sevinclə qarşılanıb. Tennisin canlı əfsanəsi indi həm meydandan, həm də ekran arxasından gənc nəsilləri ilhamlandırmağa davam edir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm