İdman
Əliyar Ağayev Çempionlar Liqasında: Avropanın nəhəngləri üz-üzə
Bu gün UEFA Çempionlar Liqasında 4-cü tura start veriləcək.
Publika.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutcaq.
Azərbaycanlı azarkeşlərin diqqəti eyni zamanda "Slaviya" - "Arsenal" oyununda olacaq. Qarşılaşmanı FİFA Referisi Əliyar Ağayevin rəhbərlik etdiyi həmyerlilərimizdən ibarət hakimlər briqadası idadə edəcək.
Gecənin maraqla gözlənilən qarşılaşmaları Fransa və İngiltərədə baş tutacaq. Çempionlar Liqasının son qalibi PSJ Almaniya çempionu, 15 oyundur qələbələri sıralayan "Bayern"lə üz-üzə gələcək. "Liverpul" isə "Enfild Roud" stadionuda İspaniya nəhəngi "Real"ı qəbul edəcək.
Turnirdə çıxış edən Azərbaycan çempionu "Qarabağ"ın rəqibləri "Napoli" və "Ayntraxt" bir-biriləri qarşılaşacaqlar.
Qeyd edək ki, Avropada saatlar qış vaxtına uyğunlaşdırıldığından Azərbaycanda qarşılaşmalar əvvəlki kimi 20:45 və 23:00-da deyil, 1 saat gec başlayacaq.
UEFA Çempionlar Liqası, 4-cü tur
4 noyabr (çərşənbə axşamı)
21:45 Napoli - Ayntraxt (Frankfurt).
21:45 Slaviya - Arsenal
00:00 Atletiko - Royal Union
00:00 Bodo-Qlimt - Monako
00:00 Yuventus - Sportinq
00:00 Liverpul - Real
00:00 Olimpiakos - PSV
00:00 PSJ - Bayern
00:00 Tottenhem - Kopenhagen
Heybət

-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək




































