İdman
Belə məqamlara fikir verməməliyik - Qurban Qurbanov
“Düşünürəm ki, bizi maraqlı oyun gözləyir. Böyük tarixi olan komandaya qarşı oynayacağıq”.
Publika.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında UEFA Çempionlar Liqasının 4-cü turunun “Çelsi” ilə oyununu dəyərləndirərkən deyib. O, rəqibin görüşə ciddi yanaşdığını vurğulayıb.
“Oyuna yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, komandam verilən tapşıqları yerinə yetirəcəyik. Azarkeşlər də qarşılaşmadan zövq alacaqlar.
İnanmıram ki, Bakıda məşq etmələri onlara problem yaratsın. Belə hallar olur. Bizdə də belə vəziyyət olub. Bu səfər proqramı ilə əlaqədardır. Əksinə bu onların işinə ciddi yanaşdıqlarını göstərir. Çünki saat fərqi çoxdur, onlar London rejimini qorumağa çalışırlar.
Belə böyük komandaları bir-iki futbolçusunun olub-olmaması ilə müzakirə etməməliyik. Onlar yoxdur, başqaları var. Belə məqamlara fikir verməməli, özümüzü və azarkeşləri bu istiqamətə yönəltməməliyik”.
Qeyd edək ki, “Qarabağ” - “Çelsi” matçı noyabrın 5-də saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Heybət
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək
-
Magazin231 Mart 20:48Məşhur aktrisanın arxiv fotosu təəccübləndirdi -















.jpg)




















