İdman
Britaniya Kralı Devid Bekhemi cəngavər ELAN ETDİ
Böyük Britaniya kralı III Çarlz İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemi cəngavər rütbəsinə layiq görüb.
Publika.az xəbər verir ki, bu barədə “Çempionat” məlumat yayıb.
Bekhem 2005-ci ildən etibarən UNICEF-in xoşməramlı səfiri kimi fəaliyyət göstərir. 2015-ci ildə isə o, dünyada həssas uşaqlara dəstək məqsədilə “7 Fund” adlı öz xeyriyyə fondunu təsis edib.
Bekhem futbol karyerasının böyük hissəsini “Mançester Yunayted” klubunda keçirib. Bu komanda ilə o, altı dəfə İngiltərə Premyer Liqasının (APL) qalibi olub, iki dəfə ölkə kubokunu qazanıb. 1999-cu ildə “MY” Çempionlar Liqasının qalibi olub.
Bekhem 2003-cü ildə Madridin “Real” klubuna keçib və burada da çempionluq yaşayıb. Dörd il sonra isə İspaniyanı tərk edərək MLS-də oynamağa başlayıb.
Viktoriya və Devid 1999-cu ildən evlidirlər. Cütlük üç oğul və bir qız övladını böyüdür.
Hüseyn İbadlı
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək
-
Magazin231 Mart 20:48Məşhur aktrisanın arxiv fotosu təəccübləndirdi -















.jpg)




















