İdman
VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirildi - Yeniləndi
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, Əl-Cənadriyahda təşkil olunan tədbirdə əvvəlcə indiyədək yarışa ev sahibliyi etmiş ölkələrin adları böyük ekranda nümayiş etdirilib. Onların arasında 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi Azərbaycan da yer alıb.
Maraqlı rəqs və işıq şoularından sonra idmançıların rəsmi paradı olub. Azərbaycan nümayəndə heyəti paraddan birinci keçib. Paradda üçrəngli Bayrağımızı voleybolçu Nilufər Ağazadə və ağırlıqqaldıran Dadaş Dadaşbəyli daşıyıblar.
Daha sonra təşkilatçı ölkə Səudiyyə Ərəbistanının və yarışın bayraqları səhnəyə gətirilərək ucaldılıb və Oyunlar açıq elan edilib.
Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.
Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.
***
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başlayıb.
Publika.az xəbər verir ki, Əl-Cənadriyahda keçirilən tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürüb.
Qeyd edək ki, Azərbaycanı yarışda 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.
Oyunların bağlanış mərasimi noyabrın 21-də baş tutacaq.
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək





































