ABŞ
ABŞ PUA-ları 5 dollarlıq atəşlə məhv edən lazer silahı təqdim etdi
Ukrayna və Yaxın Şərqdəki döyüş əməliyyatları zamanı ucuz pilotsuz uçuş aparatlarının (PUA) istifadəsi geniş vüsət alıb. Bu tendensiyaya cavab olaraq, Amerikanın "AeroVironment" (AV) şirkəti PUA-ları təxminən 5 dollar dəyərində impulslarla məhv edən üçüncü nəsil lazer silah sistemi "LOCUST X3"ü təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə "Techkult" məlumat yayıb.
X3 "LOCUST" platformasının bu günə qədərki ən qabaqcıl versiyasıdır. Əsas versiyada 20 kilovattlıq lazerdən istifadə edildiyi halda, X3 modeli 35 kilovattlıq lazerlə təchiz olunub. O, 1-ci və 3-cü qrup pilotsuz aparatları, o cümlədən çəkisi 600 kq-a qədər olan sabit qanadlı PUA-ları məhv etmək üçün nəzərdə tutulub.
AV şirkətinin bildirdiyinə görə, X3 hərbçilərin döyüş təcrübəsi, həmçinin İran və Rusiyanın ucuz "Shahed-136" və "Geran-2" aparatlarının hava hücumundan müdafiə (HHM) sistemlərinə qarşı fəaliyyətini dəf etmək qabiliyyəti əsasında hazırlanıb. Sözügedən PUA-lar öz hava zərbələri ilə NATO-nun bahalı raket ehtiyatlarını tükəndirir.
Məsələn, bir "Patriot" HHM raketinin qiyməti təxminən 3 milyon dollar, "AIM-9X Sidewinder"in qiyməti isə demək olar ki, 400 000 dollardır, halbuki bir PUA-nın dəyəri 20 000 dollardan çox deyil. "LOCUST X3" lazerindən bir atəşin qiyməti isə cəmi 5 dollardır.
X3 atəşi idarə etmək üçün məxsusi "AV_Halo PINPOINT" proqram təminatından istifadə edir. Hədəfin aşkarlanması, izlənilməsi və nişan alınması avtomatik rejimdə həyata keçirilir ki, bu da operatorun iş yükünü əhəmiyyətli dərəcədə azaldır. Bir hədəfin məhv edilməsi üçün cəmi beş-yeddi saniyə vaxt tələb olunur.
Hüseyn İbadlı
-
Region16:21Ermənistanda doğum sayı azaldı
-
ABŞ15:46Tramp: "Mən gedəndən sonra hamınız müflis olacaqsınız..."
-
MDB14:14Taksi sürücüsünə qəribə cərimə yazıldı - Yolda namaz qılıbmış
-
MDB14:00Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO
-
MDB13:56Fransız tarixçi niyə Rusiya vətəndaşlığını seçdi? - İlginc səbəb
-
İqtisadi gündəm13:50"Sədərək" və "Binə"nin satıcıları: "Vəziyyət çox pisdir!" - VİDEO
-
Ekologiya12:3541 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:20Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etdi






















.jpg)












