İdman
Hidayət Heydərovdan Zəfər günündə MÖHTƏŞƏM QƏLƏBƏ
Azərbaycan cüdoçusu Hidayət Heydərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Publika.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə özbəkistanlı Şakram Əhmədovu məğlub edib.
Bununla da H. Heydərov İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub. O, 2017-ci ildə Bakıda keçirilmiş analoji yarışda da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.
Bu gün tatamiyə çıxan digər cüdoçumuz Könül Əliyeva (48 kiloqram) finalda türkiyəli Tuğçe Bederə uduzaraq gümüş medalla kifayətlənib.
Aydan Vəliyeva (52 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) isə bürünc mükafat əldə ediblər.
Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.
Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək





































