İdman
AVRO-2028-in təqvimi açıqlandı, loqosu təqdim olundu - FOTO
UEFA rəsmi saytında 2028-ci ildə İngiltərə, İrlandiya, Şotlandiya və Uelsdə keçiriləcək Avropa çempionatının təqvimini dərc edib.
Publika.az xəbər verir ki, matçlar dörd ev sahibi ölkənin səkkiz şəhərindəki doqquz stadionda keçiriləcək. Görüşlər Uels Milli Stadionu, "Dublin Arena", "Hampden Park", "Sent Ceyms Park", "Siti of Mançester", "Everton" stadionu, "Villa Park", "Tottenhem" stadionu və "Uembli" arenasında baş tutacaq.
Ümumilikdə 51 qarşılaşma keçiriləcək. Stadionlarda azarkeşlərə müxtəlif komandaların oynamasını görmək imkanı vermək üçün ən azı iki fərqli qrupdan matçlar keçiriləcək.
Turnirin açılış matçı 2028-ci ilin iyunun 9-da Kardiffdəki Uelsin Milli Stadionunda olacaq. Yarımfinal və final qarşılaşmaları Londondakı "Uembli" arenasında baş tutacaq.
Eyni zamanda, Londondakı Pikadilli meydanında Britaniya və İrlandiyada keçiriləcək Avro-2028 turnirinin loqosu və brendi təqdim olunub.
UEFA-nın saytında yayılan açıqlamada bildirilir: “Avro-2028-in brend üslubu futbolu xüsusi edən bütün dəyərlərin - emosiyaların, birliyin və birgə yaşanan sevincin təntənəsidir. 2028-ci ilin yayında hamı futboldan danışacaq və bu brend üslubu azarkeşlərin ehtirasını, səslərini, şüarlarını və oyuna bəxş etdikləri enerjini əks etdirir. Brendin mərkəzində əfsanəvi Anri Delone kubokunun təsviri yer alır. Dinamik dizayn təşkilatçı ölkələrdən ilhamlanan parlaq rənglərlə bayram və birliyin ruhunu ifadə edir. Bu üslub futbolun dünyanı birləşdirən dil olduğu fikrini möhkəmləndirir”.
Heybət

-
MDB10:11Rusiya ərazisi vuruldu, ölənlər var
-
Sosial09:40Azərbaycanlıların yeni daşınmaz əmlak bazarı: Görün hansı ölkədə ev alırlar
-
MDB09:30Paytaxt üçün güclü şaxta proqnozu verdilər...
-
Sosial08:15Yas mərasimlərində yeni TREND - "Bu, dinin qaydalarından kənara çıxmaqdır"
-
İdman07:15Nəriman Axundzadə kimin nəvəsidir? - Qiyməti və maaşı...
-
Magazin205:15Hande Erçelin yeni sevgilisi - Özündən 13 yaş böyükdür
-
ABŞ03:44Dünyanın ən nüfuzlu insanlarının əsl üzünü göstərən 95 min yeni şəkil... - Epşteyn işi
-
Qoroskop02:00Günün ulduz falı: Bu bürcün maliyyə vəziyyəti yaxşılaşacaq














.jpg)
.jpg)

















