İdman
Millimiz yenə məğlub oldu - VİDEO/YENİLƏNDİ
2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin beşinci turu çərçivəsində keçirilən Azərbaycan - İslandiya matçı başa çatıb.
Publika.az xəbər verir ki, görüşdə qonaq komanda 0:2 hesabı qalib gəlib.
Qolları 20-ci dəqiqədə Qyudmyundsson və 39-cu dəqiqədə İnqason vurublar.
Bu nəticədən sonra xalların sayını 7-yə çatdıran İslandiya millisi D qrupunda 2-ci yerə qalxıb. Azərbaycan seçmə komandası 1 xalla sonuncu - dördüncü yerdədir.
Qeyd edək ki, milli komandamız qrup mərhələsində sonuncu matçını noyabrın 16-da Bakıda Fransaya qarşı keçirəcək.
xxx
21:48
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - İslandiya oyununda ikinci qol vurulub.
Publika.az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda keçirilirən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 2:0.
39-cu dəqiqədə Sverrir İnqason dəqiq zərbə müəllifi olub.
xxx
21:27
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - İslandiya oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda keçirilirən matçda qonaqlar fərqləniblər.
20-ci dəqiqədə Albert Qyudmyundsson adını tabloya yazdırıb.
xxx
21:00
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan - İslandiya matçına start verilib.
Publika.az xəbər verir ki, qarşılaşma 8-ci km qəsəbə stadionunda keçirilir.
Matçı monteneqrolu baş hakim Nikola Dabanoviç idarə edir.
-
Dünya03:19Müharibədə ilk yaşandı: Bəhreyndən İrana ballistik raket atıldı
-
Qoroskop01:40Günün ulduz falı: Sevgidə gizli hisslər üzə çıxa bilər
-
Hadisə13 Mart 23:55Tibb bacısı dedi ki, ciyər kababı al gətir... - Doğuşdan sonra ölən Röyanın qohumları danışdı
-
Elm və təhsil13 Mart 22:06Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
-
ABŞ13 Mart 20:48Müharibəni sümüklərimdə hiss etdiyim zaman... - Trampdan anons
-
Hadisə13 Mart 20:00Bakıda bu ərazidə yanğın baş verdi - Yeniləndi
-
İnanc13 Mart 19:50Ramazan ayının iyirmi dördüncü günü: İmsak və iftar vaxtı, günün duası
-
Nida Xəbər 13 Mart 18:50Prezident təsdiqlədi: ictimai yerlərdə elektron siqaret çəkənlər...













.png)





















