İdman
Ayxan Abbasovdan milli ilə bağlı AÇIQLAMA: "Dəyişiklik ola bilər"
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov sabah DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa millisinə qarşı matçda futbolçuların yaxşı mübarizə aparacağını inanır.
Publika.az xəbər verir ki, bunu mütəxəssis oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis heyətdə dəyişikliklər ola biləcəyini vurğulayıb:
"Evdə son oyunumuzu keçirəcəyik. Fransa yığması qrupun lideridir. Səfər matçı bizim üçün ağır oldu. Amma ilk görüşdə komandamız bu rəqibə qarşı 70 dəqiqə yaxşı oynamışdı. Heyətdə dəyişikliklər ola bilər. Futbolçuların yaxşı mübarizə aparacağına inanıram. Bilirik ki rəqibimiz qrupdan çıxıb. Amma buna baxmayaraq futbolçuları özlərini göstərməyə çalışacaq. Bu səbəbdən mübarizə aparacağıq. Belə böyük oyunlar futbolçularımız üçün gələcəkdə şanslar yarada bilər".
Baş məşqçi zədəli futbolçulara görə çətinliklə üzləşdikləri o deyib:
"Sol cinah müdafiəçilərinin zədələnməsi bizi çətin duruma saldı. Amma gənc futbolçularımız Rüfətlə Xəyal öncəki matçlarda verilən şanslardan sonra özlərini yaxşı tərəfdən göstərmişdilər. Dəyişiklik ola bilər. Buna axşam qərar verəcəyik".
Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noyabrın 16-da, Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da start götürəcək.
-
Sosial13:35Bu məktəbdə tədris dayandırdı: şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri








.webp)






























