İdman
Total üstünlük: İspaniya öz rekordunu qırdı
Futbol üzrə İspaniya milli komandası öz məğlubiyyətsizlik rekordunu yeniləyib.
Publika.az xəbər verir ki, Luis de la Fuentenin yetirmələri artıq 30 rəsmi matçda məğlub olmayıblar.
İspanlar bu uğura DÇ-2026-nın seçmə mərhələsində Gürcüstana qarşı matçda (4:0) nail olublar. Əvvəlki rekord 2010-2013-cü illər arasında 29 məğlubiyyətsiz oyun olub.
Cari seriya 2023-cü ildə İtaliyaya qarşı başlayıb. O vaxtdan bəri İspaniya 2024-cü il Avropa Çempionatını qazanıb və İtaliya, Xorvatiya, Almaniya, Fransa, İngiltərə, Braziliya, Niderland kimi komandalara qarşı oynayıb.
İspaniya sonuncu dəfə 2023-cü ilin martında Şotlandiya ilə rəsmi oyunda (0:2) uduzub. O vaxtdan bəri onlar cəmi iki dəfə uduzublar: Kolumbiya ilə yoldaşlıq görüşündə (0:1) və Millətlər Liqasının finalında Portuqaliya ilə qarşılaşmada (penaltilər seriyasından sonra 5:3). Əsas vaxt heç-heçə başa çatdığından Millətlər Liqasının finalı seriyanı qırmayıb.
Qeyd edək ki, milli komandalar tarixində ən uzun məğlubiyyətsizlik seriyası 2018-2021-ci illər arasında 37 matçda məğlub olmayan İtaliyaya məxsusdur.
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO










.webp)


























