İdman
Millimiz Fransaya da uduzdu - VİDEO/YENİLƏNDİ
Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində sonuncu oyununu keçirib.
Publika.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda Fransa yığmasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.
Hesabı 4-cü dəqiqədə Renat Dadaşov açıb.
Qonaqlarda isə 17-ci dəqiqədə Jan-Filipp Mateta, 30-cu dəqiqədə Manes Akliuş, 45+1-ci dəqiqədə Kefrren Türam fərqləniblər.
D qrupunun digər matçında Ukrayna İslandiyanı üstələyib - 1:0.
Qeyd edək ki, 16 xalla qrupda lider olan Fransa komandası DÇ-2026-nın final mərhələsinə vəsiqəni əvvəlki turda təmin edib. Xallarının sayını 10-a çatdıran Ukrayna pley-offa yüksəlib. 7 xalı olan İslandiya seçmə mərhələni üçüncü sırada bitirib. Azərbaycan millisi 1 xalla dördüncü ola bilib.
xxx
21:51
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - Fransa oyununda dördüncü qol vurulub.
Publika.az xəbər verir ki, qonaqlar hesab arasındakı fərqi artırıblar - 3:1.
45+1-ci dəqiqədə Kefrren Türam adını tabloya yazdırıb.
xxx
21:36
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - Fransa oyununda üçüncü qol vurulub.
Publika.az xəbər verir ki, qonaqlar bu dəfə hesabda önə keçiblər - 2:1.
30-cu dəqiqədə Manes Akliuş fərqlənib.
xxx
21:15
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - Fransa oyununda ikinci qol vurulub.
Publika.az xəbər verir ki, bu dəfə qonaqlar tarazlığı bərba ediblər - 1:1.
xxx
21:12
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - Fransa oyununda ilk qol vurulub.
Publika.az xəbər verir ki Azərbaycan millisi matçda hesabı açıb.
4-cü dəqiqədə Renat Dadaşov rəqibi məyus edib.
xxx
21:00
DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan - Fransa oyunu başlayıb.
Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 21:00-da start götürüb.
Matçı latviyalı Andris Treymanis idarə edir.
D qrupunun digər matçında Ukrayna İslandiya ilə üz-üzə gələcək. Həmin görüş saat 23:45-də başlayacaq.
Qeyd edək ki, 13 xalla qrupda lider olan Fransa komandası DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib. İslandiya və Ukrayna 7 xalla növbəti pilləri bölüşdürürlər. 1 xalı olan Azərbaycan millisi dördüncüdür.
-
Sosial10:18Elçibəylə bağlı sirr üzə çıxdı: Sən demə...
-
Maraq dünyası09:18İnsanlar qocalmayacaq, ömür xeyli uzanacaq: Alimlər yolunu tapdılar
-
Magazin107:47Vəfa Şərifova qonşu ölkədə EV ALDI
-
İdman06:46Messi meymun üzlü və quyruqlu tanrıya belə səcdə etdi - FOTO
-
Cənubi Qafqaz05:15Avropa İttifaqı Gürcüstanla bağlı QƏRAR VERDİ
-
Sosial00:1522 yaşlı Məleykə əməliyyatdan bir neçə gün sonra vəfat etdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Çətinlik çəkə bilərsiniz
-
Magazin116 Dekabr 23:12“Fazillə hər şey bitib” - Rəqsanədən ETİRAF / VİDEO









.webp)

.jpg)


.jpg)
























