İdman
Koxalski polyaklara Şahruddinlə rəqabətdən, Bakıdan danışdı: Azərbaycanlılar bunu sevmir
"Atam həmişə karyeramla bağlı hər şeyə çox həyəcanlanır (gülür). O gün isə sanki cənnətdə idi. Bütün ailə çox sevinirdi və mənimlə fəxr edirdi".
Publika.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Mateuş Koxalski sabiq klubu "Stal Melets"in mətbuat xidmətinə açıqlamasında bildirib. O, əvvəlcə Polşa millisinə çağırılmasından və komanda yoldaşları ilə münasibətindən danışıb:
"Futbolçuların əksəriyyəti məni çox yaxşı qarşıladı. Söhbət etdilər ki, komandaya uyğunlaşmağım asan olsun. Bəziləri bir qədər az danışdı. Bu da normaldır, xüsusilə kiçik klubdan gələn futbolçu üçün ilk çağırışda. Ümumilikdə bütün komanda və məşqçilər məni əla qarşıladılar".
Koxalski "Qarabağ"a transferinin necə baş tutduğunu da açıqlayıb:
"Azərbaycan haqqında heç nə bilmirdim. İnternetdən oxumalı oldum. Heç vaxt fikirləşmirdim ki, burada oynamaq şansım olacaq. İnsan daha çox TOP-5 liqaları və böyük Avropa klublarını düşünür. Amma buraya gələndən sonra başa düşdüm ki, insanlar çox səmimi və yardımsevərdir. Klubda da məni əla qarşıladılar. Tezliklə hər şeyin qaydasında olduğunu anladım".

25 yaşlı qapıçı Azərbaycan və Polşa arasındakı həyat şəraitini də müqayisə edib:
"Fərqlər var, amma elə də böyük deyil ki, kiməsə mane olsun. Mən bilirəm ki, azərbaycanlılar bu müqayisəni sevmir, amma ən sadə izahı budur - ölkə müəyyən mənada Türkiyəyə bənzəyir. Müsəlman ölkəsidir, amma dediyim kimi, insanlar çox mehribandır. Burada kimisə narahat edə biləcək heç nə yoxdur".
Mateuş sevgilisinin Azərbaycana köçəcəyinə necə reaksiya verdiyindən bəhs edib:
"Daha çox tanıdığımız və daha yaxın ölkəyə gedəcəyimizi düşünürdü. Amma başa düşdü ki, daha yüksək səviyyəyə qalxmaq üçün pillə-pillə getməliyəm. Bəzən Polşadan bir futbolçu böyük kluba düşür, amma bu, hər zaman belə olmur. O, hər addımımda məni dəstəkləyir və buna görə ona çox minnətdaram".
O, "Qarabğ"ın məşq sisteminin Polşadan çox fərqləndiyini bildirib:
"Buradakı məşq sistemi Polşada olduğum bütün klublardan çox fərqlidir. "Qarabağ"da daha çox məşq edilir. Klubda gündə 7–8 saat vaxt keçiririk. İki nəfərlik otaqlarımız var. Məsələn, məşq 16:00-dadırsa, toplanış 14:00-dadır. Yemək, istirahət, məşqə qədər yüngül yuxu - hamısı klubun bazasında olur. Hər məşqə əvvəlcə fitneslə başlayırıq. Oyuna nə qədər çox varsa, ağırlıq bir o qədər çox olur, oyuna yaxınlaşdıqca azalır.
Mateuş Azərbaycanda azarkeşlərə böyük hörmət bəslədiyini bildirib:
"Polşaya nisbətən oyunlara gələnlər azdır. Çempionlar Liqasında stadion dolur, amma liqa oyunlarında daha azdır. Ən sədaqətli azarkeşlər gəlir. Daim mahnı oxuyan və dəstək olan qrup var və onlara böyük hörmətim var. Kimsə deyə bilər ki, az adam var, atmosfer zəifdir. Amma məncə, sayından asılı olmayaraq hər bir azarkeş hörmətə layiqdir.

Koxalski Azərbaycan millisinin üzvü olan həmkarı Şahruddin Məhəmmədəliyevlə rotasiyalı şəkildə oynamasından danışdı:
"Burada Azərbaycan millisinin qapıçısı da var. O da daim oyun ritmində olmalıdır. Baş məşqçi həmişə çox rotasiya edib və hələ də edir. Yalnız qapıçı yox, bütün komanda üzrə. Bəziləri deyir ki, niyə hər oyunda oynamırsan? Amma ilyarımdır deyirəm ki, rotasiya hamıya aiddir, tək mənə yox.
Şahruddinlə hər məşqdə bir-birimizi dəstəkləyirik. Hamıdan yardım görürəm. O, azərbaycanlıdır, məşqçi ilə öz dilində danışır, illərdir komandadadır. Mənə çox kömək edir. Burada hamı bir-birini dəstəkləyir, heç kim kiməsə pislik etmək istəmir".
O, sonda "Roma" və "Borussiya Dortmund" kimi klublarla adının hallanmasına da münasibət bildirib:
"Belə xəbərləri mən də görürəm, amma agentimdən və ya klubdan rəsmi məlumat gəlməlidir. İnternetdə hər kəs nəsə yaza bilər, xüsusilə yaxşı dövr keçirəndə insanlar daha çox inanır. Maraqlar və sorğular var, amma xəbərlərdə yazılan klublardan deyil. Konkret təklif yoxdur. Yayda "Stal"dan ayrılarkən təxminən 15 klub maraq göstərmişdi, amma heç biri rəsmiləşmədi. Marağın olması yaxşı motivasiya verir, çünki kimsə sənə baxır. Amma heç bir rəsmi məlumat yoxdur".
Heybət
-
Region13:22İran vətəndaşlarının yaşam mücadiləsi: Molla rejimi pulları hara xərcləyir? - VİDEO
-
İdman13:168 yaşlı uşaq Arda Turana belə dərs verib: Mənə dedi ki...
-
Magazin212:46“Avroviziya”da çıxış edən əkizlər birlikdə İNTİHAR ETDİ - FOTO
-
Magazin212:33Şoumenin peyğəmbərlə bağlı zarafatı aranı qatdı - İşə prezidentin müşaviri qarışdı
-
İdman12:12Koxalski polyaklara Şahruddinlə rəqabətdən, Bakıdan danışdı: Azərbaycanlılar bunu sevmir
-
Region12:06Devrilir: Paşinyan II Qareginə qarşı son hücuma bu tarixdə başlayacaq
-
Sosial11:22Reyddə 850 minlik maşınla saxlanılan sürücü kimin oğludur? - VİDEO
-
Nida Xəbər 10:47Azərbaycan XİN Omanı və Latviyanı təbrik etdi
















.jpg)



















