Yamal "Çelsi" ilə oyuna qədər sağalacaq?
Bizi izləyin

İdman

Yamal "Çelsi" ilə oyuna qədər sağalacaq?

"Barselona"nın vingeri Lamin Yamal Çempionlar Liqasının ümumi mərhələsinin 5-ci turunda baş tutacaq "Çelsi"yə qarşı oyunda iştirak edə bilər.

Publika.az xəbər verir ki, komandanın tibbi heyəti 18 yaşlı futboçunu vacib görüşə yetişdirmək üçün ciddi səy göstərir. İspaniyalı gənc ulduz qasıq nahiyəsindəki ağrılara görə millisinin noyabrda matçlarını buraxıb.

"Mundo Deportivo"nun məlumatına görə, noyabrın 10-da tətbiq edilən invaziv radiofrekans terapiyasından sonra Yamala üçgünlük istirahət verilib. O, ötən cümə axşamı klubun iki fizioterapevti ilə xüsusi reabilitasiya proqramına başlayıb. Üstəlik, Lamin ötən gündən etibarən "Barselona"nın ümumi məşqində qismən iştirak edib.

Qeyd olunur ki, Yamal hətta noyabrın 22-də La Liqa çərçivəsində "Atletik"ə qarşı matçda bir neçə dəqiqə meydanda ola bilər. "Çelsi" - "Barselona" qarşılaşması isə bundan 3 gün sonra Londonda keçiriləcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm