İdman
Daha bir ulduz "bəsdir" qərarı verdi: Yorulmuşam
Braziliya millisinin sabiq yarımmüdafiəçisi Fernandinyo futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, may ayında 40 yaşı tamam olan futbolçu bu qərarını “Globo Esporte”yə müsahibəsində təsdiqləyib. Fernandinyonun sözlərinə görə, artıq futbolda onu motivasiya edən heç nə qalmayıb:
“Artıq yorulmuşam. Futbolda məni irəli aparacaq bir motivasiya yoxdur, çünki çox şeyə nail olmuşam. Bacardığım hər şeydən zövq aldım. İndi isə ailəmlə vaxt keçirməkdən həzz almağın vaxtıdır”.
Fernandinyonun son klubu yetişdiyi “Atletiko Paranaense” olub. O, həmçinin “Mançester Siti” və “Şaxtyor”un da formasını geyinib. Bir müddər “şəhərlilər”in kapitanı olub. Karyerası ərzində UEFA Kubokunun, İngiltərə Premyer Liqasının və Amerika Kubokunun (Kopa Amerila) qalibi olub.
Heybət
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə




































