Yokiçdən unikal rekord: Tarixdə heç kim bunu bacarmayıb
Bizi izləyin

İdman

Yokiçdən unikal rekord: Tarixdə heç kim bunu bacarmayıb

“Denver Naggets”in mərkəz oyunçusu Nikola Yokiç hazırkı onillikdə NBA-də xallar (13 242), ribaundlar (6 030), ötürmələr (4 326) və top qoparmalarda (703) liderdir.

Publika.az xəbər verir ki, serb basketbolçu liqa tarixində beş əsas göstəricidən dördünə eyni anda başçılıq edən ilk oyunçu olub. Bundan əvvəl rekord “Los-Anceles Leykers”in əfsanəsi Kərim Əbdül-Cabbarra məxsus idi. O, 1970-ci illərdə üç kateqoriyada lider olmuşdu.

Statistika həm müntəzəm mövsümü, həm də pley-off-u əhatə edir. Cari mövsümdə 14 oyundan sonra Yokiç orta hesabla hər matçda 29,1 xal, 13,2 ribaund və 11,1 ötürmə edir və həm ribaundlarda, həm də ötürmələrdə NBA-yə başçılıq edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm