İdman
Premyer Liqada qalmaqal: Komanda yoldaşına yumruq atdı və... - VİDEO
"Everton"un yarımmüdafiəçisi İdrissa Queye Premyer Liqanın 12-ci turunda "Mançester Yunayted"ə qarşı keçirilən səfər oyununda qalmaqalla yadda qalıb.
Publika.az xəbər verir ki, 13-cü dəqiqədə onunla komanda yoldaşı, müdafiəçi Maykl Kin arasında mübahisə yaşanıb. Bu zaman seneqallı futbolçu Kinin üz nahiyəsinə zərbə endirib. Nəticədə hakim Queyeyə birbaşa qırmızı vərəqə göstərib.
Premyer Liqada sonuncu dəfə belə bir hadisə 2008-ci ilin dekabrında baş verib. "Stok Siti"nin hücumçusu Rikardo Fuller "Vest Hem"lə oyunun 53-cü dəqiqəsində komanda yoldaşı Endi Qrifini yumruqla vurduğu üçün meydandan qovulub.
Qeyd edək ki, oyunun böyük hissəsini azlıqda keçirməsinə baxmayaraq, məhz "Everton" qalib gəlib. 29-cu dəqiqədə Kirnan Dyusbery-Holl fərqlənib.
Heybət
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər






.jpg)





.png)
























