İdman
"Qarabağ"ın qardaş şəhərə səfəri: Qurban Qurbanov onun da sonunu gətirəcək? - FOTOLAR
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün turnirdə 5-ci oyununu keçirəcək. Növbəti rəqib adlı-sanlı “Napoli”dir. Komandanın adı əslində çox şey deyir, amma biz yenə ənənəmizə sadiq qalaraq rəqibi müəyyən qədər tanıtmağa çalışacağıq.
Azərbaycanın paytaxtı Bakı ilə “Napoli”nin təmsil etdiyi Neapolun qardaşlaşmış şəhərlər olması, mədəni və tarixi əlaqələrin işarəsi oyun ətrafında maraqlı mənzərə yaradır. Bu matçı bir-birinə bənzəyən iki şəhərin sakinlərinin dueli kimi də qiymətləndirmək olar.

Bu qarşılaşma Napoli üçün daha bir mənəvi məna daşıyır. Məhz bu gün Dieqo Armando Maradonanın vəfat etdiyi gündür. Neapolda futbol yalnız idman deyil, yaddaş və kimlik məsələsidir. Maradona şəhərin bütöv bir nəsli üçün simvol olaraq qaldığından, onun anım gününə təsadüf edən hər oyun azarkeşlər üçün xüsusilik daşıyır. “Napoli” üçün “Qarabağ”la görüş yalnız turnir cədvəli baxımından vacib matç deyil. 25 noyabra təsadüf edən qarşılaşmada döyüşmək həm də klubun tarixinə hörmət kimi qəbul olunur. Matçın keçiriləcəyi stadionunun onun adını daşıması məhz bunun sübutudur.

“Napoli” İtaliyanın ən köklü klublarından biridir. Klub 20-ci əsrdə yüksəlişə keçib və Dieqo Maradona dövrü ilə qlobal şöhrət qazanıb. Son illərdə isə ciddi investisiyalar və strateji planlar qurulub. “Napoli”nin muzeyi digər ölkə klubları ilə müqayisədə elə də zəngin deyil. Komanda 4 Serie A çempionluğu, 6 İtaliya kuboku, 2 ölkə superkuboku və bir UEFA kuboku ilə öyünür. Bu titullar “Napoli”ni İtaliya futbolunun sabit olmayan klublarından biri olmasına diqqəti yönəldir.

Cari mövsümündə neapollular A seriyasında çempionluq titulunu qorumaq uğrunda mübarizə aparır. “Mavi-ağlar” 25 xalla “ilk üçlüy”ü təşkil edir. Bununla belə, “Partenopey” daxilində vəziyyət yaxşı deyil. Baş məqçi Antonio Konte ötən yayda edilən 13 transferdən sonra komandanın uyğunlaşmaq baxımından çətinlik yaşadığını bildirir.
“Napoli”nin Çempionlar Liqasında işləri yaxşı getmir. Neapollular əsas mərhələdə PSV-yə (2:6) və “Mançester Siti”yə (0:2) məğlub olub, “Ayntraxt”la qolsuz heç-heçə edib. Kontenin yetirmələri yeganə qələbəsini “Sportinq” üzərində qazanıb – 2:1. Komanda 4 xalla 24-cü sırada qərarlaşıb. Bu nəticə İtaliya çempionu üçün risk siqnalıdır. Çünki xal itkiləri davam etsə, turnirlə erkən vidalaşa bilərlər.

“Napoli” hazırda ciddi zədə probleminin içindədir. Antonio Konte klubun tibb heyətini ictimaiyyətə açıqlama verməyə çağırıb və “biz dəbilqə taxmalıyıq” – ifadəsini işlədib, bu da böhranın nə qədər dərin olduğunu göstərir. Xüsusilə Romelu Lukakunun uzunmüddətli müalicədən sonra hələ də tam hazır olmaması italyan mütəxəssisi əsəbiləşdirir. Bundan əlavə komandanın liderləri, “qol silahları”, əsas yarımmüdafiəçiləri Kevin de Bruyne və Frank Zambo Anquissa uzun müddətə sıradan çıxıb. Bunlar azmış kimi qapıçı Aleks Meret də zədədən əziyyət çəkir.

İndi Kontenin ümidlərindən biri Rasmus Hoylundadır. O, hücumun həlledici fiqurlarından biridir, sürəti və fiziki gücü komandanın hücum quruluşunda əsas rol oynayır. Skott MakTomineyi də unutmaq olmaz. Şotlandiyalı yarımmüdafiəçi orta sahəyə sabitlik gətirir. Skott həm müdafiə, həm hücumda olduqca faydalıdır. Hücumçun cinahında Kontenin ümidi David Neresədir. O, matçda dinamika yaradır, cinah hücumlarında, sürətli keçidlərdə aktiv şəkildə iştirak edir.

Son günlərdə “Napoli” və Antonio Konte arasında gərginlik yaşanır. İtalyan baş məşqçi mövsümün əvvəlindən bəri qalmaqallı açıqlamaları ilə diqqət mərkəzindədir. Hətta milli komandaların oyunları ilə əlaqədar fasilə başlayanda klub rəsmi açıqlama verdi ki, Konte 17 noyabra qədər məşqlərə qayıtmayacaq. Bu, mətbuatda geniş müzakirələrə səbəb oldu. Bəzi mənbələrdə məşqçi ilə klub rəhbərliyi arasında gərginlik olduğu iddia edildi. Lakin istirahətdən sonra komanda daxilində sakitlik hökm sürür. “Qarabağ”ın uğurlu oyunu bu sükutu poza, hətta Antonionun uzun müddətdir danışılan istefası ilə nəticələnə bilər. Qurban Qurbanovun yetirmələri ÇL-in startında bunu bacarıb - Brunu Lajeni “Benfika”dan göndərməklə.
Heybət Məmmədov
-
Sosial12:25İtkin düşən keçmiş hərbçinin meyiti zibillikdə tapıldı
-
Magazin111:53Samirə Əfəndi erməniyə 12 xal verməsindən danışdı: Etdiyim jest...
-
MDB10:06Simonyanın uşaqları gecəni pilləkənlərin altında keçirdi: Ukraynaya müraciət etdi
-
Maraq dünyası09:36Türkiyədə 3 min il yaşı olan bənzərsiz çörəyin resepti tapıldı: Necə bişirilir?
-
İdman09:24Samir Abasov "Neftçi"dən bu qədər təzminat aldı
-
Dünya08:10Kiyevə kütləvi hava hücumu - Ölən və xəsarət alanlar var
-
Səhiyyə07:15Dərman almadan öncə oxuyun! - Bu fikirlər yanlışdır
-
Magazin206:16Məşhur aktyor bu maskaların satıcısını məhkəməyə verdi - Foto








.webp)










.jpg)



.jpg)









_(3).jpg)



