İdman
“Real”ın ulduzları Alonsodan narazıdır
“Real”ın futbolçuları Vinisius Junior, Federiko Valverde və Cud Bellinqem baş məşqçi Xabi Alonsonun işindən narazıdır.
Publika.az xəbər verir ki, bu barədə "Cadena SER" məlumat yayıb.
Bildirilir ki, Vinisius Alonsonun komandada çalışdığı müddətdə Madrid klubu ilə yeni müqavilə imzalamaqdan imtina edir. Braziliyalı hücumçu hesab edir ki, məşqçi ona ədalətli yanaşmır. Valverde isə yarımmüdafiə xəttində oynamaq istəyir, lakin Alonso onu mərkəz yarımmüdafiəçisi kimi görmür sağ cinah müdafiəçisi mövqeyində oynatmağı üstün tutur.
Bellinqemə gəlincə, Alonsonun sistemində özünə uyğun rol tapa bilməyib. O, bəzən ustalığını göstərsə də, məşqçinin onun potensialından maksimum yararlana bildiyinə inanmır.
“Real” İspaniya çempionatında ardıcıl iki turdur qələbə qazana bilmir. Komanda “Rayo Valekano” ilə 0:0, “Elçe” ilə 2:2 hesablı heç-heçə oynayıb.
Heybət
-
Dünya22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür













.jpg)






















