İdman
“Real”ın ulduzu azarkeşin bu hərəkətinə qəzəbləndi: Məktəbə getməmisən? - VİDEO
“Real”ın bazasının yaxınlığında baş verən gözlənilməz hadisə tez bir zamanda sosial şəbəkələrdə yayılıb.
Publika.az xəbər verir ki, Madrid klubunun müdafiəçi Antonio Rüdiger yalnız sözlərlə deyil, sərt tonla da azarkeşləri düşündüyünü göstərib.
Sosial mediada yayılan videoda gənc azarkeş avtomobilin altına qaçaraq futbolçunu dayandırmağa və avtoqraf istəməyə çalışdığı əks olunub. Rüdiger dərhal dayanaraq maşından düşüb və gəncə sərt tərzdə müraciət edib: “Sən məktəbə getməmisən? Nə edirsən?!”
Futbolçu azarkeşə izah edib ki, avtoqraf üçün həyatını riskə atmaq qətiyyən yolverilməzdir. Emosional tonda olsa da, sosial şəbəkələrdə Rüdiger təriflənib.
Xatırladaq ki, ötən gün “Real” evdə “Selta”ya (0:2) uduzub. Bu məğlubiyyət “Barselona”ya madridlilər üzərində xallar fərqini 4-ə çatdırmağa imkan verib.
Heybət
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq






































