İdman
“Ayaks” Bakıya ciddi itkilərlə gəlib
UEFA Çempionlar Liqasının Liqa mərhələsində sabah “Qarabağ”ın qonağı olacaq “Ayaks” Bakıya ciddi itkilərlə gəlib.
Publika.az xəbər verir ki, ötən gün Azərbaycan paytaxtına təşrif buyuran Niderland nəhəngi 5 futbolçusunun xidmətindən məhrumdur.
Erediviziyanın son turunda, “Fortuna” ilə görüşdə zədələnən hücumçu Vout Veqhorst matçın iştirak ərizəsinə salınmayıb. Həmçinin müdafiəçilər Yosip Şutalo, Xerald Alders, yarımmüdafiəçilər Kennet Teylor, Ceyms Makkonnel və Stiven Berquis də zədə səbəbindən Bakıya gətirilməyiblər.
Əvəzində danimarkalı hücumçu Kasper Dolberq sıraya qayıdıb.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” oyunu saat 21:45-də başlayacaq.
Heybət
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq












.jpg)

























