İdman
İngiltərə millisinin üzvü həbs olundu: Görün nə edib
Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun və İngiltərə yığmasının hücumçusu Ayvan Toni Londonda barda müştəriyə başla zərbə endirdiyi üçün həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Zərərçəkmiş şəxs Tonini boynundan tutub onunla selfi çəkmək istəyib, bundan sonra 29 yaşlı futbolçu onu başla vurub. Hadisə şahidinin sözlərinə görə, zərərçəkmişin burun nahiyəsindən qan gəlib. Ona üz travmaları, o cümlədən sınmış burun və sınmış adsız barmaq səbəbindən tibbi yardım göstərilib.
“29 yaşlı şübhəli hadisə yerində iki dəfə hücum və bir dəfə xuliqanlıq etməkdə şübhəli bilinərək həbs edilib. O, girov qarşılığında sərbəst buraxılıb, istintaq davam edir”, - deyə London polisi hadisə ilə bağlı açıqlama verib.
Qeyd edək ki, Toni son dəfə bu ilin iyun ayında İngiltərə yığmasına çağırılıb.
Heybət
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq














.jpg)






















