"Milan"dan sürpriz həmlə: Avropa nəhənginin qapıçısını transfer edir
Bizi izləyin

İdman

"Milan"dan sürpriz həmlə: Avropa nəhənginin qapıçısını transfer edir

"Milan" yayda ciddi yenilənmə planlaşdırır.

Publika.az xəbər verir ki, klub hətta əsas qapıçısı Mayk Menyanın mümkün gedişinə hazırlaşır.

İtaliya mətbuatının məlumatına görə, "rossonyerlər" onun yerinə əsas namizəd kimi "Liverpul"un qapıçısı Alisson Bekeri müəyyənləşdiriblər. Bildirilir ki, "Milan" artıq braziliyalı qolkiperin nümayəndələri ilə ilkin danışıqlara başlayıb.

"Liverpul"un Alissonu gələn yay satmağa hazır olduğu deyilir. Qapıçının müqavələsi 2027-ci ilə qədərdir və 33 yaşı olduğuna görə, transfer məbləğinin münasib səviyyədə olacağı gözlənilir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm