Nida Xəbər
Ermənistanda Zəngəzur dəhlizini bu şirkət quracaq: Tikintinin başlayacağı tarix bəllidir
Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu (TRIPP) layihəsini həyata keçirmək üçün Ermənistanda “TRIPP Company” adlı birgə erməni-amerikan müəssisə qeydiyyatdan keçəcək.
Publika.az xəbər verir ki, Ermənistanın Baş nazir Nikol Paşinyan bu barədə Almaniya Xarici Əlaqələr Şurasında bildirib. Onun sözlərini hökumətin mətbuat xidməti sitat gətirib.
“Ermənistanda “TRİPP” adlı erməni-amerikan birgə müəssisəsi qeydiyyatdan keçəcək və o, dəmir yolları, avtomobil yolları, neft və qaz kəmərləri, eləcə də fiber-optik kabellər üçün lazımi infrastrukturu inkişaf etdirmək hüququ əldə edəcək”, - Paşinyan bildirib.
O əlavə edib ki, gələn ildən praktiki icraya və tikintiyə başlanılacaq.
Paşinyanın fikrincə, “Trump Route” layihəsi, eləcə də Ermənistan və Türkiyə arasında nəqliyyat əlaqələri Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında fasiləsiz əlaqəni təmin edən Orta Dəhlizin mühüm tərkib hissəsinə çevrilə bilər.
Tural
-
Rəsmi xronika03:43"Azərbaycan yeganə etibarlı, təhlükəsiz və xoşməramlı təyinat ölkəsidir" - Prezident
-
Hadisə03:40Ağsuda zəlzələ oldu
-
İqtisadi gündəm02:12Qızılın qiyməti bütün tarixi REKORDLARI QIRDI
-
Magazin201:11"Kuruluş Osman"ın aktrisası yeni serialda - FOTO
-
Sağlamlıq00:30Ac olanda niyə əsəbiləşirik? - Alimlər yeni səbəbi AÇIQLDI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kainat sizə deyir ki...
-
Elm və təhsil20 Yanvar 22:24Azərbaycan ədəbiyyatına ağır itki üz verdi - FOTO
-
Sosial20 Yanvar 22:00Bu rayonun bəzi kəndləri QAZSIZ QALACAQ






































