İdman
Vernidub gələr-gəlməz "Neftçi"dən tələb etdi: Onu gətirin - FOTO
"Neftçi"nin yeni baş məşqçisi Yuri Vernidub gələr-gəlməz klub rəhbərliyindən ilk tələbini edib.
Publika.az-ın məlumatına görə, ukraynalı mütəxəssis "ağ-qaralar"ın ona marağından sonra komandanın oyunlarını izləyib. O, uğursuzluğun əsas səbəblərindən biri kimi müdafiənin mərkəzindəki problemləri göstərib və dərhal həmin mövqeyə futbolçu transfer edilməsini istəyib.
Onun ilk namizədi hazırda Ukraynada çıxış edir. Söhbət "Krivbas"ın üzvü Karlos Roxasdan gedir. Müqavilə ilə Venesuelanın "Deportivo La Quayra" klubuna məxsus olan 21 yaşlı müdafiəçi komandasını dəyişmək istəyir. O, heç cür Ukraynadakı həyata öyrəşə bilmir. Buna görə də cəmi 4 oyun keçirdiyi "Krivbas"dan ayrılmaq istəyir.
"Neftçi"dən əvvəl "Krivbas"ı çalşdıran Vernidub isə Karlosun potensialına bələd olduğunu, buna görə də ən pis halda onun icarə əsasında transfer edilməsini istəyib.
Qeyd edək ki, Roxas Venesuelanın U-21 milli komandasnın üzvüdür. 2022-ci ildən dəvət aldığı yığmada 9 oyun keçirib.
Heybət

-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü

















.jpg)



















