İdman
İran və Misir FİFA-ya qarşı çıxdılar: LGBT-yə görə
İran və Misirin futbol federasiyaları 2026-cı il Dünya Çempionatında millilərin oyununda LGBT dəstəyinə yönəlik aksiya keçiriləcəyi ilə bağlı narazılıqlarını bildirmək üçün FIFA-ya müraciət ediblər.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilib ki, İran Futbol Federasiyasının prezidenti Mehdi Tac bu addımı müəyyən qrupu dəstəkləyən əsassız davranış kimi qiymətləndirib və həm Tehranın, həm də Qahirənin öz etirazlarını FIFA-ya çatdırdığını qeyd edib.
Misir Futbol Assosiasiyası FIFA-nın baş katibi Matias Qrafstremə rəsmi məktub göndərərək matç zamanı belə təşəbbüslərin tamamilə qəbuledilməz olduğunu bildirib. Məktubda deyilir ki, bu cür aksiyalar regionun, xüsusilə də ərəb və islam cəmiyyətlərinin mədəni, dini və sosial dəyərlərinə açıq şəkildə ziddir. İran da oxşar mövqe ortaya qoyaraq bu addımın stadionlarda siyasi, dini və ideoloji bəyanatları qadağan edən FIFA qaydalarının pozulması olduğunu vurğulayıb.
İran və Misir milliləri arasında oyun 26 iyunda Sietldə keçiriləcək. Matç çərçivəsində nəzərdə tutulan aksiyalar hansı komandaların qarşılaşacağından asılı olmayaraq əvvəldən elan olunub.
Heybət
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə





































