İdman
Poqba tarixə düşdü: Peşəkar dəvə yarışı komandasına qoşuldu
"Monako"nun futbolçusu Pol Poqba dünyada ilk dəfə peşəkar dəvə yarışı komandasının yaradılmasına dair tərəfdaşlıq sazişi imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə "Athletic" məlumat yayıb.
“Bu idmana olan marağım son illərdə Yaxın Şərqdə daha çox vaxt keçirməyə başladığım dövrdən qaynaqlanır. Buraya hər gəlişimdə mədəniyyət, insanlar və ənənələr məni daha çox heyran edirdi. Dəvə yarışları mövzusu daim diqqətimi çəkirdi, söhbətlərdə, yerli tədbirlərdə, hətta səyahətlər zamanı gördüyüm xırda detallarda belə. Buna görə də mövzunu daha dərindən araşdırmağa başladım. Nə qədər çox öyrənirdimsə, bir o qədər maraqlı gəlirdi. Bu idmanın arxasında bütöv bir dünya dayanır. Tarix, qohumluq bağları, rəqabət, qürur”, – deyə Poqba bildirib.
Səudiyyə Ərəbistanının idmana yatırdığı investisiyalara münasibət bildirən Poqba əlavə edib:
“Bu region dünya idmanının mühüm mərkəzinə çevrilir və dəvə yarışları da diqqətə layiqdir”.
“Mançester Yunayted” və “Yuventus”un sabiq oyunçusu, hazırda “Monako”da çıxış edən 32 yaşlı yarımmüdafiəçisi Poqba Səudiyyə Ərəbistanının “Al-Habub” komandasına səfir və səhmdar qismində qoşulub.
Şirkət Fars körfəzi Əməkdaşlıq Şurasına (GCC – Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ) daxil olan ölkələrdə keçirilən yarışlarda iştirak edir və dünyada ilk peşəkar dəvə yarışı liqasını yaratmağı hədəfləyir.
Dəvə yarışları Ərəbistan yarımadasında yüzilliklərdir mövcud olan bir idman növüdür. Bu sahə gəlirli hesab olunur və elit səviyyəli – çempion dəvələrin qiyməti 5 milyon dollardan çox ola bilər.
Xatırladaq ki, Pol Poqba dopinq cəzasından sonra meydana qayıdıb.
Heybət
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə





































