İdman
Fred Qrim: Belə oyundan qələbə ilə ayrılmaq kifayət qədər yaxşıdır
“Ayaks”ın baş məşqçisi Fred Qrim Çempionlar Liqasında “Qarabağ”a qalib gəldikləri oyundan (4:2) sonra jurnalistlərin suallarını cavablandırıb.
Publika.az xəbər verir ki, mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bölüşüb:
– Maraqlı oyun alındı. Məncə, “Qarabağ”ın da qollarının keyfiyyəti yaxşı idi. Böyük şansları oldu ki, önə keçsinlər. Fasilədən sonra daha yaxşı oynamağa çalışdıq. 1:2 geridə olanda yenidən qol vurmaq çətin idi. Amma sonda bunu bacardıq.
– Nəhayət, xal qazandınız. Sizcə, qələbəni gətirən əsas amil nə idi?
– Əsas məsələ necə oynamağımızdan, taktikamızdan ibarət idi. Düzdür, daha yaxşı ola bilərdik. Oyun çətin keçdi, amma istədiyimiz nəticəni qazandıq.
– Çempionlar Liqasında geridönüşünüz olmuşdu?
– Buna sevinirəm. Belə oyundan qələbə ilə ayrılmaq kifayət qədər yaxşıdır. Nəticədən məmnunam. Belə oyunlarda xırda detallar həlledici olur.
– Futbolçularınız çox sürüşürdü. Amma “Qarabağ”ın oyunçuları yox.
– Bəli, ola bilər, “Qarabağ” belə ot örtüyündə oynamağa öyrəşib. Bizim üçün çətin oldu.
– “Feyenoord”la matç üçün özünəinamınız artacaq?
– Bəli. İstəyirik ki, qələbə seriyamızı davam etdirək.
– Paltardəyişmə otağında ilk qələbəni necə qeyd etdiniz?
– Böyük sevinc var idi. Azarkeşlərimiz də böyük dəstək göstərdi. İnanılmaz hisslər yaşayırıq.
– Meydana çıxan gəncləriniz haqda nə düşünürsünüz?
– Pis oynamadılar. Aaron da özünü yaxşı göstərdi. Gənc olmalarına baxmayaraq, bu cür səviyyəyə hazır olduqlarını göstərdilər.
– İlk qələbə münasibətilə təbrik edirəm. Son 10 dəqiqədə 3 qol vurdunuz. Həmin an “Qarabağ”ı nədə üstələdiniz?
– Məncə, ilk növbədə komandanın yaxşı təşkil olunması vacib məqam idi. “Qarabağ”ın güclü tərəflərini də, axsaq tərəflərini də bilirdik.
-
Region10:13Bələdiyyədə korrupsiya əməliyyatı: Səkkiz nəfər həbs edildi
-
Maraq dünyası10:03Yaponların panda "dərdi" - Minlərlə insan vida mərasiminə gəldi
-
Hadisə09:32Samuxda avtobus aşdı, ölən və xəsarət alanlar var
-
İqtisadi gündəm09:21Hansı sahədə çalışanların pensiyası arta bilər?
-
Region08:48Türkiyədə nişan mərasimində 113 nəfər ZƏHƏRLƏNDİ
-
MDB07:47Psixoloq qulaqcıqı həblə səhv salaraq UDDU - “Əgər musiqi açsan...”
-
Ekologiya07:17Bu gün hava necə olacaq? - PROQNOZ
-
İdman06:46Mourinyo onunla Özilə təlimat çatdırdı: “Sonra bizə qol vurdu”

































