İdman
Qolçuların “Qızıl buts” mübarizəsi: Lider kimdir?
“Bavariya”nın hücumçusu Harri Keyn “Qızıl buts” mükafatına namizədlər siyahısında inamla liderlik edir.
Publika.az xəbər verir ki, ingiltərəli bombardir Almaniya Bundesliqasının cari mövsümündə artıq 30 qol vurub və buna görə 60 xal toplayıb.
Keyn ən yaxın izləyicisi olan “Real”ın hücumçusu Kilian Mbappeni xeyli qabaqlayır. Fransalı futbolçu La Liqada 23 qol vurub və aktivində 46 xal var.
Nüfuzlu mükafata namizədlər siyahısında “ilk üçlüy”ü “Mançester Siti”nin norveçli qolçusu Erlinq Haaland tamamlayır. O, İngiltərə Premyer Liqasında 22 qol vuraraq 44 xal toplayıb.
Xatırladaq ki, ötən mövsüm “Qızıl buts” mükafatının sahibi Mbappe olub.
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var































.png)


.jpg)




