İdman
"Qarabağ"la oyundan əvvəl "Ayaks"ın düşərgəsində nə baş verib? - Belə olmasaydı...
UEFA Çempionlar Liqasının 6-cı turunun "Qarabağ"la oyunundan öncə "Ayaks"ın düşərgəsində xoşagəlməz hadisə yaşanıb.
Publika.az xəbər verir ki, Amsterdam klubunun gənc futbolçusu Rayan Bunida komandanın baş məşqçisi Fred Qrimi əsəbiləşdirib. Buna səbəb onun komandanın səhər baş tutmalı olan və açıqlanmayan fəaliyyətlərindən birinə gecikməsi olub. Nəticədə niderlandlı mütəxəssis 19 yaşlı belçikalı futbolçunu cəzalandırmaq qərarına gəlib.
Qrim əvvəldən Bunidanı "Qarabağ"la görüşdə start heyətə buraxmaq istəsə də, fikrindən daşınıb. Məşqçinin özü bu barədə məlumat verib:
"Biz həm meydanda, həm də meydandan kənarda intizam istəyirik. O, səhər gecikdi. Belə olmasaydı, daha gənc start heyətimiz olardı".
Bunidanın əvəzinə həmyerlisi Jorti Mokio start heyətdən meydana çıxıb. Qrim Rayanı əvəzetmədən belə oyuna buraxmayıb.
Heybət
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü





































