İdman
Verniduba Bakıya gəlmək üçün xüsusi icazəni kim verib? - Mütləq qayıtmalıyam
“Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidub Azərbaycan klubuna keçidi və Ukraynadan çıxışı barədə danışıb.
Publika.az xəbər verir ki, o komandaya dərindən baxmadan dərhal fikir söyləməyin mümkün olmadığını vurğulayıb:
“İlk gün komandaya baxıb nəticə çıxarmaq mümkün deyil. Əvvəl işləmək, araşdırmaq, öyrənmək lazımdır. Gəlin ən azı 10 gün işləyək, sonra danışa bilərik. Hazırda tamamilə işə fokuslanmışıq: baxırıq, öyrənirik, analiz edirik”.
Urkraynalı mütəxəssis ölkədən çıxışı üçün xüsusi icazə alındığını bildirib:
“2026-cı ilədək - müqaviləm bitənə qədər xaricə çıxmaq icazəsi aldım və sonra mütləq qayıdacağam. Hətta bundan əvvəl də ola bilər. Bu icazə yüksək səviyyədə verilib. Başqa kim verə bilər ki? Siyahıda mənim və köməkçilərimin adları var,” – deyə o qeyd edib.
Vernidub həmçinin “Neftçi”dən əvvəl “Dinamo” və “Şaxtyor” kimi klublara keçid imkanları barədə yayılan xəbərlərə münasibət bildirib:
“Əvvəl də demişdim ki, bəzi klublarda işləyə bilmərəm və istəmirəm. “Dinamo” və “Şaxtyor” onlardandır. Burada işləyim, komandaya baxım, sonra nəticə çıxaraq. “Neftçi” böyük tarixə malikdir və hazırda olduğu vəziyyətdə olmamalıdır. Biz bütün imkanlarımızı sərf edəcəyik”.
Heybət
-
MDB12:00Peskovun cazibədar qızının Əbu-Dabidən olan paylaşımı müzakirələrə səbəb oldu - FOTOLAR
-
Sosial10:24Hövsanda sakinlərə kütləvi şəkildə borc yazıldı: Qalmaqal - VİDEO
-
Maraq dünyası10:02İnternetdə 15 il kişi adı ilə 100-ə yaxın qadını aldatdı - FOTO
-
MDB09:41Köhnə Yeni ili qeyd etməyin sirri: Keşiş izah etdi
-
Magazin209:00Daha bir əfsanəvi musiqiçi HƏYATLA VİDALAŞDI
-
ABŞ08:48Atasını, qardaşını, əmisini və daha 3 nəfəri qətlə yetirdi - ŞOK DETALLAR
-
Dünya08:24Dəhşətli təyyarə qəzası - Məşhur müğənni də HƏLAK OLDU
-
Magazin106:16Qızının ad günündən paylaşım etdi - VİDEO



























.webp)









