İdman
Şahzadə "Barselona"nı almaq üçün HƏRƏKƏTƏ KEÇİR - Rekord məbləğ təklif ediləcək
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd İbn Salman “Barselona” futbol klubunun 10 milyard avroya satın alınması ilə bağlı təklif irəli sürmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə ispan jurnalisti Fransua Qalyardo məlumat verib.
Şahzadənin marağı Səudiyyə kapitalının dünya futbolunda genişləndirilməsi planı ilə bağlıdır. Son illərdə krallıq idmana fəal şəkildə investisiya yatırır. Mümkün sövdələşmənin məbləği 10 milyard avro olaraq qiymətləndirilir.
Bundan əvvəl Kataloniya klubunun rəhbərliyi dəfələrlə klubun özəlləşdirilməsi variantlarını nəzərdən keçirmədiklərini bəyan edib. Bununla yanaşı, “Barselona” pandemiya dövründə yaranmış borclarını ödəməyə davam edir. Potensial sövdələşmənin məbləği klubun 2,5 milyard avro həcmində borcunu bağlamağa imkan verə bilər.
La Liqanın 17-ci turunda “Osasuna” üzərində qazanılan qələbədən (2:0) sonra “Barselona” turnir cədvəlində lider mövqeyini daha da möhkəmləndirib. Komandanın aktivində 43 xal var.
Hüseyn İbadlı
-
Kriminal00:35Əmisi tərəfindən öldürülən 14 yaşlı Həqiqətin FOTOSU
-
İdman1 Fevral 22:25Qurbanovdan qoldakı ofsayd şübhəsi ilə bağlı AÇIQLAMA
-
ABŞ1 Fevral 22:10ABŞ İrana hücum hazırlıqlarıa başladı
-
Dünya1 Fevral 20:28Mədənçilərin olduğu avtobusa dronlarla hücum edildi - Çoxlu sayda ölən var
-
Hadisə1 Fevral 19:00Əmi 12 və 14 yaşlı qardaşı uşaqlarını baltaladı - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Ekologiya1 Fevral 18:24Fevralın 3-dən 7-dək... - Alimlərdən XƏBƏRDARLIQ
-
MDB1 Fevral 17:29Rusiya dronlarına internet zərbəsi - FOTO
-
ABŞ1 Fevral 16:59Epşteyn Rusiyaya işləyib? - Şok detallar













.jpg)

.jpg)











.jpg)






