İdman
Nədənsə VAR həmin epizodda ofsayd xəttini göstərmədi - Kurban Berdıyev
Xəbər verdiyimiz kimi, fevralın 1-də Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində “Qarabağ” doğma meydanda “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub edib.
Publika.az bildirir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev jurnalsitlərin suallarını cavablandırıb:
“İlk növbədə “Qarabağ”ı avrokuboklardakı uğurlu çıxışına görə təbrik etmək istəyirəm. Bu bütün Azərbaycan futbolunun uğurudur. “Qarabağ” da lider kimi layiqincə bizi təmsil edir. Keçirilən matç barədə isə onu deyə bilərəm ki, ikinci hissədəki çıxışımızdan müəyyən qədər razı qaldım. Ümumilikdə isə məyusedici bir məğlubiyyət oldu. Sonda imkanlarımız var idi, lakin bacarmadıq.
– Buradan xal və ya xallarla qayıtmaq üçün nə çatmadı?
– İlk hissədə istədiyimiz oyunu göstərə bilmədik və istədiklərimizi reallaşdıra bilmədik.
– “Qarabağ”ın vurduğu qoldan sonra məşqçilər heyəti olaraq narazılığınız oldu. Bu nə ilə bağlı idi?
– Oyundan kənar vəziyyəti ilə bağlı idi etirazımız. Nədənsə VAR həmin epizodda ofsayd xəttini göstərmədi. Hər matçda göstərirdi, bu matçda göstərmədi. Bu məğlub olduğumuza görə bəhanə deyil.
– Stadionunuzun hazır olmaması, və bu yerdəyişkənlik oyununuza təsir edirmi?
– Təbii ki, təsir edir. Öz meydançamız hazır olanda, azarkeşlərimizlə birgə daha yaxşı nəticə verə bilərik.
– Yeni hücumçunuzdan gözləntiləriniz nədir?
– Vaxt lazımdır. Düşünürəm ki, bizə köməklik göstərəcək.
-
Qoroskop01:40Günün ulduz falı: Bu mövzularda ehtiyatlı olun!
-
Hadisə01:20Bakı-Quba yolunda dəhşətli qəza: Bacı və qardaş öldü
-
Kriminal00:35Əmisi tərəfindən öldürülən 14 yaşlı Həqiqətin FOTOSU
-
İdman1 Fevral 22:25Qurbanovdan qoldakı ofsayd şübhəsi ilə bağlı AÇIQLAMA
-
ABŞ1 Fevral 22:10ABŞ İrana hücum hazırlıqlarıa başladı
-
Dünya1 Fevral 20:28Mədənçilərin olduğu avtobusa dronlarla hücum edildi - Çoxlu sayda ölən var
-
Hadisə1 Fevral 19:00Əmi 12 və 14 yaşlı qardaşı uşaqlarını baltaladı - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Ekologiya1 Fevral 18:24Fevralın 3-dən 7-dək... - Alimlərdən XƏBƏRDARLIQ














.jpg)












.jpg)






