İdman
"Fənərbağça"nın ulduzunun yeni sevgilisi: Özündən 9 yaş kiçikdir - FOTOLAR
“Fənərbağça”nın futbolçusu Marko Asensionun şəxsi həyatında yeniliklər var.
Publika.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçinin yeni münasibətə başladığı bildirilir. Onun seçimi Laviniya adlı gənc qız olub.
Bir müddət əvvəl Marko evli idi, lakin həyat yoldaşı Sandra Qaral onunla birlikdə Madriddən Parisə köçmək istəməyib. Asensio 2024-cü ilin sonunda bu barədə açıqlama verərək Sandraya birlikdə keçirdikləri illərə görə təşəkkür edib və onun həyatında hər zaman xüsusi yeri olacağını bildirib.

Rəsmi boşanmanın baş tutub-tutmadığı məlum deyil. Ancaq noyabr ayında Laviniya Leonardın "İnstaqram" hesabında Asensio ilə öpüşərkən çəkilmiş fotolar paylaşılıb. Bundan əlavə, Laviniya məhz payız aylarından etibarən “Fənərbağça”nın ev oyunlarını keçirdiyi “Şükrü Saracoğlu” stadionundan şəkillər paylaşmağa başlayıb. Bu dövr Asensionun İstanbula köçdüyü vaxta təsadüf edir.

İyunda isə Marko və Laviniyanın Sardiniyada eyni istirahət məkanında olduqları müəyyən edilib. Azarkeşlər fotolardakı məkanları müqayisə edərək onların birlikdə dincəldiyi qənaətinə gəliblər.
Laviniya barədə məlumatlar kifayət qədər məhduddur. İspaniya mətbuatının yazdığına görə, onun 20 yaşı var və Asensiondan 9 yaş kiçikdir. Media onu model kimi təqdim etsə də, sosial şəbəkə aktivliyi bu iddiaları sual altına alır. Laviniyanın "İnstaqram" hesabında cəmi 19 paylaşım və 14 minə yaxın izləyici var ki, bu da model üçün qeyri-adi dərəcədə az göstəricidir.
Beləliklə, Marko Asensio üçün 2025-ci il həm meydanda, həm də şəxsi həyatında uğurla davam edir.
Heybət

















-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var







.jpg)































